1. Hər hansı bir səbəbdən, şəraitdən doğan vəziyyət, keyfiyyət. □ Xəstənin halı yaxşıdır.
2. İnsanın cismani vəziyyəti, yaxud əhvalı, əhvali-ruhiyyəsi. □ Dağlar başı dumandı; Mənim halım yamandı; Nə çox sürdü ayrılıq; Bəlkə, axır zamandı? (Bayatı).
3. Güc, qüvvət, taqət. □ ..Anacan, dayanmağa halım yoxdur, gərək mən gedəm. (“Aşıq Qərib”).
4. Fizika. Maddəni təşkil edən hissəciklərin yerləşməsinin, qarşılıqlı əlaqəsinin və hərəkətinin xarakteri. □ Maddənin yeni keyfiyyət halına keçməsi.
5. Vaxt, an, ləhzə.
6. Dilçilik. İsmin başqa cümlə üzvlərinə münasibətini bildirən və hallanma formalarında ifadə olunan qrammatik kateqoriya. □ Azərbaycan dilində ismin altı halı vardır.
Bax: al (3-cü mənaya).
See also:
1. İslam dininin ehkamlarına görə yeyilməsinə, işlədilməsinə və ya özünə mal edilməsinə icazə verilən.
2. Arxaizm. Kəbinli, nikahlı; qanuni. □ Əsmər yenə şəriətin hökmüncə .. halal arvadı olub qalırdı. (S.Hüseyn).
3. Arxaizm. İsim kimi: kəbinli arvad. □ ..Müqabilinizdə oturan arvad ağıllı və dövlətli bir şəxsin halalıdır. (İ.Musabəyov).
4. Məcazi mənada: zəhmətlə, namusla, təmiz əməklə, qanuni yolla qazanılmış, əldə edilmiş. □ Halal zəhmətlə varlanmaq müşküldür. (Atalar sözü).
5. Məcazi mənada: halal şey qazanmaq, əldə etmək üçün çəkilən, sərf edilən. □ İmran kişinin nəzərində Dilman başqalarının halal əməyi ilə öz eyiblərini örtən bir adamdı. (M.Hüseyn).
6. Halaldır şəklində – bir şeyi könüllü, əvəzsiz olaraq birinə verəndə deyilir.
See also:
1. Məcazi mənada: zəhmətlə, namusla, təmiz əməklə, qanuni yolla qazanılmış, əldə edilmiş. □ Hamıdan varlı ikən, hamıdan yoxsul oldum; Halalca dövlətimi haram etdi o, haram. (B.Vahabzadə).
2. İslam dininin ehkamlarına görə yeyilməsinə, işlədilməsinə və ya özünə mal edilməsinə icazə verilən; kəbinli, nikahlı, qanuni. □ ..Əşi, mən qızın halalca adaxlısı ola-ola hasarın bu tayında qalım, bir dələduzun birisi də o tayda olsun?! (Ü.Hacıbəyli).
Halallıq almaq – ölərkən və ya uzun müddət ayrılarkən vaxtilə etmiş olduğu pisliyin, yaxud qaytarmadığı borclarının bağışlanmasını xahiş etmək. □ Məşədi Əsgərin fikri bu idi ki, çamadan sahibini tapsın və əmanətini özünə rədd edib halallıq alsın. (S.M.Qənizadə).
Azərbaycan dilinin izahlı lüğətiBir-birinə zidd olan, bir-birini inkar edən iki fikrin qarşılaşdırıldığı tabesiz mürəkkəb cümlələrdə müstəqil cümlələr arasında əlaqə yaradan bağlayıcı; vəhalonki. □ ..görə bilmirdim, halbuki başqa yoldaşlarımıza arabir rast gəlirdim. (Y.V.Çəmənzəminli).
Azərbaycan dilinin izahlı lüğətiVəziyyət, əhval.
See also: