1. Qırmızı. □ Al bayraq. Al qan. Al şəfəq.
2. Qızmar, yandırıcı. □ Gecələr ayazda, gündüzlər al gün altında gəmi muzdurunun zəhməti hər bir zəhmətdən fövqdür. (S.M.Qənizadə)
3. Arxaizm. İsim kimi: qadınların üzlərinə, dodaqlarına sürtdükləri qırmızı boya, ənlik.
Arxaizm. Hiylə, məkr, yalan. □ Aldandılar, aldanmadıq dünyəvi məkrü alına. (İ.Nəsimi)
Xurafata inananların təsəvvüründə qaranlıqda tək qaldıqda guya insanın gözünə görünən mövhum surət, xəyal; qulyabanı (bəzən "al anası" şəklində işlənir). □ Zahıya deyərdilər ki, yatma, yatsan, al anası gələr, ciyərini çıxarar. (H.Sarabski)
Azərbaycan dilinin izahlı lüğəti