1. Gen hala düşmək, eninə böyümək, enliləşmək, genləşmək. □ Ayaqqabı genəldi.
2. Gen şəkil almaq, gen olmaq, daha da enliləşmək. □ Genələn paltar.
3. Məcazi mənada: genişlənmək, böyümək. □ Birləşib artdıqca qabarlı əllər; Daha da genəlir sözün meydanı. (H.Arif).
4. Dərman və s. təsirilə enlənmək, genişlənmək. □ Qan damarları genəldi.
1. Gen etmək, eninə böyütmək, gen hala salmaq. □ Paltarı genəltmək.
2. Geyib böyütmək, enlətmək. □ Cemperi geyib genəltmək.
3. Dərman və s. təsirilə genişlətmək, enlətmək. □ İynə vurub damarlarını genəltmək.
4. Genişləndirmək, açmaq, böyütmək, gen etmək. □ Oynamaq üçün yeri genəltmək.
1. Eni çox olan, gen. □ Otaq çox geniş idi.
2. Sahə etibarilə çox böyük. □ Geniş düzənlik. Geniş otaq.
3. Məcazi mənada: sahə etibarilə çox böyük. □ Ürəyi geniş.
4. Məcazi mənada: ucsuz-bucaqsız, sonsuz, nəhayətsiz. □ Geniş dünya.
5. Böyük, iri (addım haqqında). □ ..geniş addımlarla təpəyə çıxdı. (H.Nəzərli).
6. Məcazi mənada: miqyası, qavrama dairəsi, ölçüsü böyük. □ Geniş ticarət. Geniş vəsait. Geniş imkanlar.
7. Məcazi mənada: hamını, yaxud çoxunu əhatə edən, hamıya yaxud çoxuna şamil olan; kütləvi. □ Geniş tamaşaçı kütləsi. Geniş müşavirə. Geniş seçki kampaniyası.
8. Məcazi mənada: azad, sərbəst, heç bir şeylə məhdudlaşdırılmayan. □ Geniş həyat.
9. Məcazi mənada: dərin, əsaslı, məhdudluqdan azad, ətraflı. □ Sözü geniş mənada başa salmaq lazımdır.
Həmçinin bax: