Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yenə [yenə] zərf

1. Təkrar, bir daha, təzədən, yenidən (bəzən də ədatı ilə). □ Dünənki adam bu gün yenə gəldi. Bu gün yenə hava pisləşdi. Uşaqlar yenə qaçışmağa başladılar.

2. Sual şəklində işlənərək təəccüb, heyrət, məmnuniyyətsizlik bildirir (bəzən də ədatı ilə). □ Yenə gəldin? Yenə narazılıq? Yenə  şikayət?

3. Eyni qayda üzrə, əvvəlki kimi (bəzən də ədatı ilə). □ Yenə söhbətlər başladı.

4. Hər halda, hər necə olsa, hətta, belə, hələ də, o halda da (bəzəndə ədatı ilə). □ Gec də olsa, yenə gələcəyəm. Dediyindən yenə də əl çəkmir. Bundan yenə o yaxşıdır.

5. Eyni ilə, olduğu kimi, o cür (bəzən də ədatı ilə). □ Dünən necə etmişdinsə, yenə elə hərəkət et.

Azərbaycan dilinin izahlı lüğəti