Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

genəlmək [genəlməx'] feil

1. Gen hala düşmək, eninə böyümək, enliləşmək, genləşmək. □ Ayaqqabı genəldi.
2. Gen şəkil almaq, gen olmaq, daha da enliləşmək. □ Genələn paltar.
3. Məcazi mənada: genişlənmək, böyümək. □ Birləşib artdıqca qabarlı əllər; Daha da genəlir sözün meydanı. (H.Arif).
4. Dərman və s. təsirilə enlənmək, genişlənmək. □ Qan damarları genəldi.

Azərbaycan dilinin izahlı lüğəti