Mübahisəli məsələlərin həlli üçün dəvət edilən mütəxəssislər qrupunun apardığı dəqiq yoxlama və ya qiymətləndirmə prosesi. □ Tibbi ekspertiza.
Həmçinin bax:
1. Müxtəlif şeylərin, materialların və s.-nin müəyyən qayda üzrə yerləşdirilməsi, düzülüşü, qoyuluşu; tamaşa edilmək üçün müəyyən qaydada, müəyyən sistemdə düzülmüş, yerləşdirilmiş, qoyulmuş şeylər. □ Sərginin düzgün ekspozisiyası. Muzey ekspozisiyası.
2. Ədəbi əsərin süjetinin hissələrindən biri. □ Ekspozisiyada əsərin əks etdirdiyi əhvalatların lap əvvəlki tarixçəsi, bu əhvalatların hansı şəraitdə yaranıb inkişaf etdiyi göstərilir.
3. Fizika. Şəkil çəkərkən fotoaparat obyektivinin açıq qalmalı olduğu müddət.
Azərbaycan dilinin izahlı lüğəti1. Nitqin obrazlılıq, emosionallıq keyfiyyəti; ifadəlilik; hislərin, baxışların ifadəsinin xüsusi gücü. □ Xüsusi nəvaziş – əzizləmə, kiçiltmə bildirən şəkilçilər, məcazlar, ritorik fiqurlar da ekspressiya vasitələri hesab olunur.
2. İncəsənət. Xüsusi emosional təsir gücünə malik olan bədii əsərlərə xas keyfiyyət. □ Ekspressiya bütöv bir əsər və ya onun ayrı-ayrı hissələri üçün səciyyəvi ola bilər.
Azərbaycan dilinin izahlı lüğəti1. Xüsusi hazırlıq olmadan deyilən, ifa olunduğu anda yaradılan, improvizasiyaya əsaslanan (şeir, musiqi əsəri, danışıq, yaxud hərəkət). □ Ekspromt çıxış.
2. İsim kimi: bədahətən, yaxud qabaqcadan düşünülmədən yazılan epiqram, zarafat xarakterli kiçik şeir. □ Meyxanaçının növbəti ekspromtu.
Azərbaycan dilinin izahlı lüğətiDərinə deyil, enə (yana) inkişaf edən; keyfiyyətlə yox, kəmiyyətlə bağlı olan; intensivliyə zidd olan anlayış. □ Ekstensiv əmək.
Həmçinin bax:
Cinayətkarın başqa ölkəyə verilməsi; bir ölkənin ərazisində cinayət törətmiş şəxsin mühakimə olunmaq və həbs cəzası çəkmək üçün həmin dövlətə təhvil verilməsi. □ Müttəhimi ekstradisiya etmək.
Azərbaycan dilinin izahlı lüğəti