1. Calaq etmək, calaqlamaq. □ Cırlaşan, quruyan ağacları calamaq, onlara ikinci həyat vermək lap yerinə düşərdi.
2. Bir-birilə bağlamaq, qoşmaq, yapışdırmaq. □ Atları bir-birinə calayıb, qoşub arabaya mindi.
3. Məcazi mənada: bir-birilə bağlamaq, qoşmaq, yapışdırmaq. □ Yeddi arxın suyunu bir arxa calayır. (Atalar sözü).
4. Məcazi mənada: qatmaq, qarışdırmaq, qoşmaq, bağlamaq. □ Polisi bu məsələyə qatmaq, calamaq olmaz.
5. Bir işin arasıkəsilməzliyini, ara vermədiyini bildirir. □ Mehdi vəziyyətdən çıxmaq üçün yalanı uc-uca calayırdı.
6. Tökmək (maye haqqında). □ Tahirin üstünə elə bil qaynar su calamışdılar. (M.Hüseyn).
Həmçinin bax:
1. Calaq edilmək, peyvənd edilmək, qələm edilmək. Yaxşı tutmaq (peyvənd, qələm). □ Calanmış, peyvənd edilmiş meyvə ağacları ilk barını gətirirdi.
2. Bağlanmaq. □ Bir-birinə qəribə şəkildə calanmış bu evlər nədənsə insanda kədər hissi doğururdu.
3. Tökülmək, axıb tökülmək. □ Stəkan uşağın əlindən düşməklə çay yerə calandı.
4. Məcazi mənada: ilişmək. □ Heç bilmirəm bu işə necə calandım.
1. Birləşdirmək, calamaq, qoşmaq, aralarında rabitə yaratmaq. □ Katibə dəstəyi qaldırıb müdirlə müştərini calaşdırdı.
2. Əsassız olaraq isnad etmək, boynuna atmaq, yaxmaq. □ Sudan quru çıxmaq üçün günüahı dostunun üstünə atır, ona böhtan calaşdırırdı.
1. Arxaizm. Vaxtı ilə misdən, indi isə müxtəlif materiallardan hazırlanan piyalə, qədəh. □ Büllur cama şərab süzüb içmək üçün xana verdilər.
2. Vaxtı ilə misdən, indi isə müxtəlif materiallardan hazırlanan kasa. □ Süfrəyə yarpaq dolması və bir cam qatıq qoyulmuşdu.
Arxaizm. Şüşə. □ Qara rəngli camdan hazırlanmış masa çox zərif incilərlə bəzədilmişdi.
Həmçinin bax: