Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

calamaq [calamax] feil

1. Calaq etmək, calaqlamaq. □ Cırlaşan, quruyan ağacları calamaq, onlara ikinci həyat vermək lap yerinə düşərdi.
2. Bir-birilə bağlamaq, qoşmaq, yapışdırmaq. □ Atları bir-birinə calayıb, qoşub arabaya mindi.
3. Məcazi mənada: bir-birilə bağlamaq, qoşmaq, yapışdırmaq. □ Yeddi arxın suyunu bir arxa calayır. (Atalar sözü).
4. Məcazi mənada: qatmaq, qarışdırmaq, qoşmaq, bağlamaq. □ Polisi bu məsələyə qatmaq, calamaq olmaz.
5. Bir işin arasıkəsilməzliyini, ara vermədiyini bildirir. □ Mehdi vəziyyətdən çıxmaq üçün yalanı uc-uca calayırdı.
6. Tökmək (maye haqqında). □ Tahirin üstünə elə bil qaynar su calamışdılar. (M.Hüseyn).

Həmçinin bax:

frazeologizm: beş kəlməni bir-birinə calaya bilməmək frazeologizm: düdük-düdüyə calamaq frazeologizm: əlli arxın suyunu bir arxa calamaq frazeologizm: iki kəlməni (sözü) bir-birinə calaya bilməmək frazeologizm: isti yerinə soyuq su calamaq frazeologizm: sözü sözə calamaq frazeologizm: sümüyünü it sümüyünə calamaq frazeologizm: yeddi arxın suyunu bir arxa calamaq frazeologizm: yerinə su calamaq frazeologizm: yurduna su calamaq (ələmək) Azərbaycan dilinin izahlı lüğəti