astr. Praktiki astrofizikanın polyarimetriyanı tətbiq etməklə göy cisimlərinin şüalanmasını öyrənən bölməsi.
Tədqiq edilən şüalanma analizatordan (ikiqat sındıran kristal və ya polyaroiddən) keçdikdən sonra polyarimetrik ölçmələr vizual, fotoqrafik və elektofotometrik vasitələrlə aparılır.
Fizika terminlər lüğətiastr. Göy cisimlərinin şüalanmasına spektral analizi tətbiq etməklə astrofizika məsələlərinin tədqiqi metodu.
A.-dan istifadə üçün teleskoplara spektroskop (vizual müşahidələrdə) və spektroqraf (fotoqrafik müşahidələrdə) əlavə edilir. Öyrənilən obyektin spektrinin şəkli spektoqrafla alınır. A. vasitəsilə məlum olmuşdur ki, kometlərin, Günəş xromosferinin, planetar və bəzi qaz dumanlıqların spektri şüalanma spektridir. A. kosmik tədqiqatda tətbiq olunur.
Fizika terminlər lüğətiİşığın təsiri nəticəsində işığahəssas fotoqrafik material üzərində alınmış görünməyən (gizli) təsvirin aşkara çıxarılma prosesi.
Proses aşkarlayıcı məhlul daxilində gedir. A. əməliyyatı yarıqaranlıqda (tünd qırmızı və ya yaşıl işıqda), tam qaranlıqda və ya xüsusi işıq keçirməyən qablarda aparılır. A.-nın gedişinə yarıqaranlıqda vizual nəzarət, tam qaranlıqda isə vaxta nəzarət edilir.
Fizika terminlər lüğətiEkspozisiyadan sonra fotomaterial üzərində alınan görünməyən təsviri aşkara çıxarmaq üçün işlədilən məhlul; fotoqrafik aşkarlayıcı.
A.-nın tərkibi, başlıca olaraq, təsviri aşkarlayan (metol, hidroxinon və s.), prosesi sürətləndirən (qələvi), məhlulu oksidləşmədən mühafizə edən (adətən natrium-sulfat) və fototəsviri vualdan qoruyan, yəni şəklin tutqun çıxmasının qarşısını alan (kalium-bromid, benzontriazol və s.) maddələrdən ibarətdir. Fotomaterialın növündən və məhlulun tətbiqindən asılı olaraq A.-lar neqativ, pozitiv, rentgen və s. fotoşəkillərin emalı üçün olur.
Fizika terminlər lüğətiRadioaktiv elementlərin nüvələri tərəfindən elektron (e¯) və antineytrinonun (v͂) [və ya pozitron (e+) və neytrinonun (v)] buraxılması.
B.-p.-da buraxılan elektrona və pozitrona β-zərrəciklər, onların selinə isə β-şüalar deyilir. B.-p.-nın nəzəriyyəsini 1934-cü ildə Fermi vermişdir.
Fizika terminlər lüğətiBeta-parçalanma zamanı radioaktiv nüvələr tərəfində buraxılan beta-zərrəciklərin (elektronların və ya pozitrənların) enerjiyə görə parçalanmasının və konversiya elektronlarının diskret spektrlərinin tədqiqi.
Beta-zərrəciklərin enerjiyə görə paylanması beta-spektr (β-spektr) adlanır. β-spektrlər beta-spektrometr vasitəsilə tədqiq edilir.
Fizika terminlər lüğətibiol., Biofizikanın canlı toxumalarda, orqanlarda və bütövlükdə orqanizmdə baş verən mexaniki hadisələri öyrənən bölməsi.
Əvvəllər embriologiyanın mexanikasını öyrənən eksperimental embriologiya da “B.” adlanırdı. Hazırda bu termin insan və heyvanların hərəkət proseslərinin öyrənilməsində tətbiq edilir.
Fizika terminlər lüğəti