camil sözündən olub, dilimizdə çox gözəl, göyçək, cazibədar, cəzbedici, qəşəng anlamlarını ifadə edir.
Cəmil kişi adı məişətimizdə geniş yayılmış antroponimlərdəndir. Adın daşıyıcılarından Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş (ölümündən sonra) Cəmil Niftəliyev (1968-1992) 1992-ci ildə Ağdamın Şelli kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiCam... hecası ilə başlanan adların əzizləmə və oxşama məzmunlu qısaldılmış formasıdır.
Bəzi mənbələrədə Cəmo kişi adı fars mənşəli hökmdar, padşah, məlik sözlərini ifadə edən, əfsanəvi qədim İran padşahı Cəmşidin adı ilə (cəm sözü ilə) də əlaqələndirilir. Bu gün məişətimizdə artıq unudulmaqda olan şəxs adları sırasındadır. Azərbaycanda yaşlı nəslin nümayəndələri arasında Cəmo adını daşıyanlara hələ də rast gəlmək olar. Azərbaycanda XIX əsrin sonu, XX əsrin əvvəllərində geniş yayılmış kişi adlarından olmuşdur. Adın daşıyıcıları arasında ictimai xadim Cəmo Hacınski (1888-1942) ADR-in Birinci kabinetində Dövlət Nəzarəti naziri işləmişdir. 1938-ci ildə kommunist rejimi tərəfindən həbs edilmişdir. 1942-ci ildə Vyatka həbsxanasında vəfat etmişdir. Adın daha bir daşıyıcısı pedaqoq, ictimai xadim Cəmo Cəbrayılbəylinin (1887-1965) adını qeyd etmək olar.
Azərbaycan şəxs adlarının izahlı lüğəticamçid dəbdəbəli, cah-calallı, parıldayan, bərq vuran mənasındadır. İranın qədim əfsanəvi padşahlarından olan Cəmşidin adındandır.
Rəvayətə görə, onun taxtını divlər gəzdirirmiş, paltarları və taxtı qızıldan imiş. Cəmşid şah barədə əfsanələr, rəvayətlər çoxdur. Dini rəvayətlərdə deyilir ki, 124 min peyğəmbərdən biri olan Süleymanın sehrli üzüyü, Cəmşidin sehrli camı, fateh İsgəndərin isə sehrli güzgüsü varmış. Bütün dünyada baş verən hadisələr guya bunlar vasitəsilə məlum olarmış. Bu gün də Şərqdə Cəmşidin camı ilə bağlı rəvayətlər, əfsanələr, nağıllar mövcuddur. Klassik ədəbiyyatda Cəmşid adına Firdövsinin “Şahnamə” əsərində, N.Gəncəvinin “İsgəndərnamə” poemasında rast gəlinir. Mənbələrdə İranın ən qədim Pişdadilər sülaləsindən dördüncü hökmdarın adının Cəm olması barədə məlumatlara rast gəlinir. Cəm adına əlavə edilən şid isə pəhləvi dilində “güclü parıltı, nur topası” deməkdir. Fars dilində şid sözünün qoşulduğu antroponimlər az deyil. Məsələn, Xurşid (bax: ad – XURŞİD) şəxs adında olduğu kimi. Günəş anlamını ifadə edən Xurşid adında da həmin şid sözünün işlənməsi ilə antroponimin məzmununda günəşə məxsus parıltı, parlaqlıq məzmunu ifadə edilir. Beləliklə, aydın olur ki, Cəmşid kişi adı cah-calallı hökmdar anlamını ifadə edir. Hökmdara belə ad verilməsinə səbəb olan odur ki, guya onun dövründə yer üzündə tam səadət bərqərar olmuşdu, xəstəliklərdən əsər-əlamət belə qalmayıbmış. Heç ölüm də yox imiş. Məhz bütün bunlar klassik ədəbiyyatda Şah Cəmşidin uzun zaman bir çox tanınmış, məşhur sənətkarların əsərlərində mədh olunmasına səbəb olmuşdu. Cəmşid padşahın adı sonralar da firavan həyat rəmzi kimi xalq arasında yayılmışdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu gün Türkiyə türklərinin məişətində mövcud Cəm (Cem şəklindədir) kişi adı çox geniş yayılmışdır. Adın daşıyıcılarından hərbi xadim, briqada komandiri Cəmşid Naxçıvanski (1895-1938) Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirəndən sonra (1915) Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olmuş, “Brusilov cəbhəsi”nin yarılmasında iştirak etmiş, 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdur. Avstriya–Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci, 3-cü, 4-cü dərəcəli “Anna”, 2-ci, 3-cü dərəcəli “Stanislav” ordenləri ilə təltif olunmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəticanab sözünün mənası tərəf, yön, cəhətdir.
Bu gün dilimizdə hörmət əlaməti olaraq müraciət formasıdır. Qeyd etmək lazımdır ki, erkən dövrlərdə seyid və şəriflər müsəlman cəmiyyətinin daha bir nüfuzlu təbəqəsini təşkil edirdilər. Möminlər arasında da mühüm nüfuza malik olmuş seyid və əşrəflər müsəlman aləmində günümüzdə də nüfuzlarını qoruyub saxlamağa müvəffəq olmuşlar. Lakin bəzi Şərq ölkələrində artıq seyid anlayışı əvvəlki mənasını itirərək yalnız cənab mənasında işlədilir. Eyni sözü imam kəlməsi haqqında da demək olar. Cənab sözü hörmət məqsədilə uzun müddətdir ki, müraciət forması kimi işlədilir. Bu gün də rəsmi yığıncaqlarda yüksək rütbəli şəxslərə, dövlət başçılarına cənab deyə müraciət edilir. Türk xalqlarının əksəriyyətində antroponim kimi işlənir. Məsələn, Cənab Səhabəddin (1870-1934) Türkiyədə tanınmış şairlərdən olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəticannat sözü gözəl məkan, çox gözəl bağ-bağat yer, behişt, gözəl mənzərəli yer, səfalı yer anlamındadır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasındadır. Dini inamlara görə, guya insan öləndən sonra bu dünyada yaşadığı zaman gördüyü işindən, əməlindən asılı olaraq Cənnətə, ya Cəhənnəmə düşəcəkdir. Başqa sözlə, Cənnət şəxs adı bu dünyada günahı olmayan insanların o dünyada məskən salacaqları gözəl məkan, çox gözəl bağ-bağat yer, behişt, gözəl mənzərəli yer, səfalı yerin adı ilə əlaqədardır. Cənnətə yalnız əməlisaleh, imanlı və i.a. adamlar düşəcək və həmin gözəl məkana “düşmək” hamının arzusunda olduğundan cənnət sözü İslam dininə tapınan ölkələrdə, Şərq ölkələrində, ərəb dünyasında müqəddəs bir yer kimi anılır. Cənnət sözünün antroponim kimi formalaşmasında bütün bu qeyd edilənlər mühüm əhəmiyyət kəsb etmişdir. Dilimizdə bu gün də Ela bil behiçtdir; Bura na gözaldir, ela bil cannatdir; Neca tasvir edim ki, anlayasan, bir sözla, asl cannat idi kimi ifadələr də çox işlənir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Cənnət adı həm də mürəkkəb adların tərkibində işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğəticannat sözündən olub, cənnətə aid, cənnətlə əlaqədar anlamlarına gəlir.
Bir məsələni də qeyd etmək lazımdır ki, dilimizin şəxs adları sistemində parça adlarından formalaşmış antroponimlərə də rast gəlinir. Məlumdur ki, qanovuz parça növü Azərbaycanda XX əsrə qədər istehsal olunan məşhur parçalardan biri kimi tanınır. Bir zamanlar qiymətli parça növlərindən hesab edilən rəngləri sarı-yaşıl, qara-qırmızı, göy-qırmızı məşhur qanovuz parçanın üzərinə işıq düşəndə bərq vurarmış, bu zaman parçada müxtəlif rəng çaları yaranırmış. Parça rəng çalarına görə xalq arasında həm də “cənnəti” kimi tanınırmış. Cənnəti kişi adının da dilimizin şəxs adları sistemində qədim adlar sırasında olduğunu nəzərə alsaq, fikrimizcə, adın parça adından olması fikrini də tam inkar etmək olmaz.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Cannat və Qulu adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Cənnətqulu (bax: ad – CƏNNƏT; QULU) kişi adı cənnətdə, gözəl, səfalı mənzərəli yerdə, behiştdə qulluq edən anlamını ifadə edir.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Cənnətqulu bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəticazm sözündəndir. Cəzmi kişi adı kəsmə, qət etmə, qəti qərara uyğun hərəkət etmə, qəti qərara gəlmə, qərarı kəskin olma anlamlarını ifadə edir. Cəzm həm də ərəb əlibasında sükut və hərəkətsizlik əlamətidir. Vaxtilə məişətimizdə geniş yayılmış Cəzmi kişi adının daşıyıcıları bu gün yalnız yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti