fars. tehran sözü gözəl və təmiz şəhər anlamındadır. Tehran Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır.
İranın paytaxtı Tehran şəhərinin adındandır. Məişətimizə XX əsrin 50-ci illərindən daxil olmuş şəxs adları sırasındadır. Adın sonuna -a şəkilçisi artırmaqla Tehranə variantı da yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətitürk mənş. tenqiz sözündən olub, dəniz, dərya, genişlik, ənginlik mənalarını ifadə edir.
Tengiz qədim türk adlarındandır. Erkən dövrlərə aid türk dastanlarından olan “Oğuz xaqan” dastanında Oğuz xaqanın altıncı oğlunun adındandır. Bu gün Azərbaycan antroponimikasında Tengiz müştərək şəxs adları sırasındadır. Adın təhrif olunmuş Təngiz, Tengiz formaları da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti