türk mənş. tenqiz sözündən olub, dəniz, dərya, genişlik, ənginlik mənalarını ifadə edir.
Tengiz qədim türk adlarındandır. Erkən dövrlərə aid türk dastanlarından olan “Oğuz xaqan” dastanında Oğuz xaqanın altıncı oğlunun adındandır. Bu gün Azərbaycan antroponimikasında Tengiz müştərək şəxs adları sırasındadır. Adın təhrif olunmuş Təngiz, Tengiz formaları da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti