rus. Raisa qadın adının qısaldılmış biçimidir. Raya qadın adı XX əsrin iyirminci illərindən dilimizə daxil olmuş şəxs adlarındandır.
Keçən əsrin 60-cı illərindən sonra adın azalaraq sıradan çıxdığı müşahidə edilir. Bu gün də Azərbaycanda adın daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir. Adın təhrif olunmuş forması İrayə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. razi sözündən olub, məmnun olan, razı qalan, razı olan, razılıq anlamlarını ifadə edir.
Dilimizin antroponimik vahidlər sistemində mövcud Raziyyə qadın adı İslam dini ilə əlaqədar şəxs adları sırasındadır. Məlumdur ki, İslam dini bərqərar olandan bütün müsəlman ölkələrində adqoymada Məhəmməd Peyğəmbərin adı kimi, ailə üzvlərinin, yaxınlarının adlarına da üstünlük verilmişdir. Şərq xalqlarında olduğu kimi, türk antroponimik vahidlər sistemində də mövcud Raziyyə qadın adı Məhəmməd Peyğəmbərin ən çox sevdiyi, imam Əli ilə ailə qurmuş kiçik qızının ləqəbindən formalaşmış addır. İslam dini tarixində əməlləri ilə məşhur olmuş iki imamın (imam Həsən və imam Hüseyn) anası Fatimə haqqında müxtəlif rəvayətlər danışılır. Bəzi rəvayətlərdə belə qeyd edilir ki, insanlar Fatiməni tanımaqda acizdirlər, onun Fatimə adlandırılması buna görədir ki, xanımın yerinə yetirdiyi işlər cəhənnəm atəşindən çox-çox uzaqdır, həm də elm və kamal vasitəsilə başqalarından qat-qat fərqlənir. Məhz bu səbəbdən də Allah-taala onu və onun mömin, Tanrının birliyinə səmimi-qəlbdən inanan övladlarını, dostlarını cəhənnəm atəşindən uzaqlaşdırar. Beləliklə, Raziyyə adı Tanrının razı qaldığı mənasına gəlir. Bildiyimiz kimi, Fatimənin Raziyyə ilə yanaşı, Mubarəkə (bax: ad – MÜBARƏK), Tahirə (bax: ad – TAHİRƏ), Zəkiyyə (bax: ad – ZƏKİYYƏ), Mərziyyə (bax: ad – MƏRZİYYƏ), Siddiqə (bax: ad – SİDDİQƏ), Mühəddəsə, Zəhra (bax: ad – ZƏHRA) kimi doqquz adı da məlumdur. Bu adların, demək olar ki, hər biri Azərbaycan şəxs adları sistemində müstəqil qadın adı kimi mövcuddur. XX əsrdə məişətimizdə geniş yayılmış Raziyyə qadın adı artıq müşahidəediləcək dərəcədə azalmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətilatın. real (əslində realis) sözündəndir. Real xəyalda deyil, həqiqətdə mövcud olan; həqiqi, gerçək, yerinə yetirilməsi mümkün olan mənasındadır.
Bu gün, əsasən, Rialə, Riyalə kimi rast gəlinən qadın adları Real kişi adından (bax: ad – REAL) ənənəvi yolla yaranmış Realə qadın adının təhrif olunmuş, sonradan müstəqil qadın adları kimi rəsmiləşmiş şəkilləridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. reyhan xoş ətri olan, bəzi növləri dekorativ, bəzi növləri isə yeyilən birillik mədəni bitki növünün adıdır.
Azərbaycan antroponimikasında Reyhan bitki adlarından yaranmış qadın adlarındandır. Sonradan Reyhan qadın adının sonuna -a şəkilçisi artırılmaqla adın Reyhanə variantı da yaradılmışdır. Reyhanə Məhəmməd Peyğəmbərin ailəsinə yaxın olmuş kənizin adındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. reyhan sözündəndir. Reyhanat (bax: ad – REYHAN) qadın adı reyhan əkilmiş sahə, reyhanlıq, gözəl mənzərəli yer anlamındadır.
Adın təhrif olunmuş forması Reyhənət də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. İslam tarixindən məlum olduğu kimi, Reyhanat Məhəmməd Peyğəmbərin tərəfdaşlarından olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti