ərəb. qani sözünün dilimizdə bir neçə mənası vardır: 1. Zəngin, sərvət sahibi; 2. Sahib olduğuna qane olub artığı istəməyən; Möhtac olmayan.
Qəni kişi adı hər şeyi olub, kimsəyə möhtac olmayan mənasındadır. Allahın məlum 99 adındandır. Əl-Qaniyy kimsəyə möhtac olmayan, zəngin, çox üstün, hər şeydən müstəğni olan anlamına gəlir. Abdulqəni (bax: ad – ABDULQƏNİ) kimi də işlənə bilir. Qəni kişi adı zəngin, varlı, sərvət sahibi, dövlətli, həmçinin bol, çox anlamlarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qanimat sözündən olub, dilimizdə ələ keçirilən, döyüşdə və ya hər hansı vasitə ilə isə düşməndən alınan, əldə edilən hər cür şeylər, təsadüfən tapılan, bir daha ələ keçməsi mümkünsüz olan anlamlarını ifadə edir.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Qənimət çox çətinliklə əldə olunan mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qarib sözü dilimizdə yad yerdə yaşayan, yad yerə gəlmə, düşmə, özgə yerdə yaşayan, özgə, yad yerli, həmçinin tanışı olmayan, kimsəsiz mənalarını ifadə edir.
Azərbaycan şifahi yaradıcılığında geniş yayılmış, orta əsrlərə aid xalq dastanlarından olan “Aşıq Qərib” məhəbbət dastanının əsas qəhrəmanının adındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qəssab sözündəndir. Azərbaycan dilində ümumişlək sözlərdən olan qəssab inək, qoyun və s. heyvan kəsib ətini satmaqla məşğul olan adam mənasını ifadə edir.
Sonradan Qəssab adı təhrif olunaraq Qəsəb, Qəssəb, Qəsəf, hətta bəzi bölgələrdə Qəsif formasına düşmüşdür. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Qəssab, eləcə də adın təhrif olunmuş formaları olan Qəsəb, Qəssəb, Qəsəf bu gün yalnız soyadlarda yaşayan (Qəsəbov, Qəsəbli, Qəsəbzadə) kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. Qasab (əslində Qassab) və mürəkkəb adların tərkibində işlənən Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Qəsəbəli (bax: ad – QƏSƏB; ƏLİ) kişi adı qəssab Əli mənasındadır.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Qəssab, eləcə də adın təhrif olunmuş formaları olan Qəsəbəli, Qəssəbəli, Qəsəfəli bu gün yalnız soyadlarda yaşayan (Qəsəbəliyev, Qəsəfəliyev, Qəsəbəlizadə və s.) kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti