italyan. novella sözündən olub, sonu gözlənilməz nəticə ilə qurtaran qısa, kiçik, yığcam hekayə şəklinın adıdır.
Novella qadın adı Azərbaycan antroponimikasına XX əsrin otuzuncu illərində rus dili vasitəsilə daxil olmuş adlar sırasındadır. Cənubi Qafqazın digər xalqlarının məişətində də Novella qadın adı mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. növrasta (əslində novrasta) sözündəndir. Növrəstə qadın adı həddi-büluğa çatmış, yeniyetmə, gənc, cavan anlamlarını ifadə edir.
Adın daşıyıcılarından müstəqil Azərbaycan tarixində kəşfiyyatşı, ilk snayper qadın döyüş yoldaşları arasında “xalaqızı” ləqəbli Növrəstə Yusifova 1992-1994-cü illərdə Qarabağ müharibəsi zamanı düşmənə qarşı döyüşlərdə fərqlənmiş vətənpərvər insanlardan biridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. nübüvvat sözündəndir. Dilimizə tərcümədə peyğəmbərlik anlamını ifadə edir.
Sözün Tanrı tərəfindən bəxş edilmiş qız kimi məcazi mənası da vardır. Ad da sözün məcazi mənası ilə əlaqədardır. Bu gün dilimizdə Nübüvvət adı mövcud deyildir. Adın dilimizdə təhrif olunmuş Nubiyə, Nubiyyə, Nubiyət, Nubiyyət, Nübiyyə, Nübüyyə, Nübiyət formaları mövcud olmuşdur. Lakin bu gün ad dilimizin şəxs adları sistemində, əsasən, Nubiyə və Nubiyət biçimində mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. nur sözü dilimizdə aydınlıq, işıq, işıqlanma, ziya saçma, şəfəq, parlaqlıq mənasındadır.
Nur məcazi mənada maarif, aydınlıq, tərəqqi simvoludur. Məlum olduğu kimi, İslam dinində ən-Nur Allahın məlum 99 adından biridir. Ən-Nur işıqlandıran anlamındadır. Dilimizin antroponimik vahidlər sistemində işıqlılıq, parlaqlılıq mənalarını ifadə edən kifayət qədər şəxs adı mövcuddur. Azərbaycan antroponimikasında bu gün nur müstəqil şəxs adı olmasa da, dilimizin şəxs adları sistemində tərkibində nur sözünün işləndiyi kifayət qədər mürəkkəb ad mövcuddur. Məsələn, Nuray (bax: ad – NURAY), Aynur (bax: ad – AYNUR), Günnur (bax: ad – GÜNNUR) və s. Məlum olduğu kimi, “Quran”da Ay haqqında işıq (ərəb dilində nur), günəş haqqında isə çıraq (ərəb dilində sirac) sözləri işlədilmişdir. Azərbaycan antroponimikasında Ay barəsində də nur sözü işlədilir ki, bu da işığı əks etdirən, parlaq kütləni ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mürəkkəb adların tərkibində işlənən nur və an (hər zaman, daima mənasında) sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Nuran (bax: ad – NUR) qadın adı ziyalı, işıqlı, aydın anlamındadır. Nuran adına -a sonluğu artırmaqla adın Nuranə variantı da yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mürəkkəb adların tərkibində işlənən nur və azərb. Ay sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Nuray (bax: ad – NUR; AY) qadın adı Ayın nuru, parlaqlığı mənasını ifadə edir. Nuray adına -(y)a sonluğu artırmaqla Nurayə qadın adı yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti