fars. niçan (əslində neçan) sözündəndir. Dilimizdə nişan sözü bir neçə mənada işlənir: 1. Əsər, əlamət, iz; 2. Güllə ilə vurulmalı nöqtə; 3. Hər hansı hadisənin və s. xatirinə yaxaya taxmaq üçün verilən lövhəcik; 4. Toydan öncə keçirilən mərasim.
Nişan qadın adı sözün birinci mənası ilə əlaqədar olub, əsər, əlamət, iz anlamındadır. Adın sonuna -a şəkilçisi əlavə etməklə adın Nişanə variantı da yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti