Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

NUBİYƏ

ərəb. nübüvvat sözündəndir. Dilimizə tərcümədə peyğəmbərlik anlamını ifadə edir.

Sözün Tanrı tərəfindən bəxş edilmiş qız kimi məcazi mənası da vardır. Ad da sözün məcazi mənası ilə əlaqədardır. Bu gün dilimizdə Nübüvvət adı mövcud deyildir. Adın dilimizdə təhrif olunmuş Nubiyə, Nubiyyə, Nubiyət, Nubiyyət, Nübiyyə, Nübüyyə, Nübiyət formaları mövcud olmuşdur. Lakin bu gün ad dilimizin şəxs adları sistemində, əsasən, Nubiyə və Nubiyət biçimində mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti