fars. Mahin və Banu adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Məişətimizdə qədim adlardan olan Məhinbanu (bax: ad – MƏHİN; BANU) sevimli, xoşxasiyyət qadın, qız mənalarını ifadə edir.
Adın daşıyıcılarından biri də Azərbaycanın Səvəfilər dövlətinin hökmdarı Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan xanım (XV əsr) olmuşdur. Məhinbanu Azərbaycan tarixində qeyri-rəsmi diplomatik missiyada xüsusi xidmətləri olan xanım kimi qalmışdır. Hərtərəfli təhsil görmüş, qeyri-adi xeyirxahlığı, sülhpərvər xasiyyəti ilə seçilən Məhinbanu xanım Türkiyə və Səfəvilər dövləti arasında münasibətlər kəskinləşən dövrdə məktubla Türkiyə sultanının qızına müraciət edərək hər iki hökmdarın hərbi əməliyyatlardan əl çəkərək bütün münaqişəli məsələləri sülh yolu ilə həll etməsi üçün onu öz atasına təsir göstərməyə çağırmışdı.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mahsati (əslində mah hasti) sözündən olub, dilimizə tərcümədə Aysan (san), həmçinin Ay üzlü anlamlarındadır.
Məhsəti Azərbaycan antroponimikasında təxəllüsdən yaranmış qadın adları sırasındadır. Məhsəti XII əsrdə yaşayıb-yaratmış, tarixiliyi də, təxəllüsü də hələ dərindən araşdırılmamış, ədəbiyyat tarixində gözəl rübailər müəllifi kimi qalmış Mənicə Gəncəvinin təxəllüsündəndir. Bəzi mənbələrdə Məhsəti Gəncəviyə təxəllüsün Sultan Səncər tərəfindən verildiyi barədə məlumatlara rast gəlinir. Şairin poetik irsi ilə tanışlıq şairənin riyaziyyat, astronomiya, bir sıra humanitar elmlər, o cümlədən fəlsəfə sahəsindəki biliyindən xəbər verir. Onun gözəl şahmat oynaması və musiqiçi olması barədə də məlumatlar mövcuddur. Məhsətinin cəsarəti, azadlıqsevərliyi onun poeziyasında özünü göstərən xüsusi zövq incəliyi ilə, yumor hissi ilə birlikdə şairəyə pərəstiş hissi doğurur. Təsadüfi deyildir ki, şairin həyat və yaradıcılığının hərtərəfli araşdırıcılarından olan avstriyalı şərqşünas F.Mayer öz ciddi və əhatəli əsərini “Füsunkar Məhsəti” adlandırmışdır. Adın təhrif edilmiş formaları Məshəti, Məsəti də sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. maxmar sözü üzü qısa xovlu parlaq ipək parçanın, həmçinin məxmərdən olan, yaxud üzünə məxmər çəkilmiş, məxmərdən tikilmiş məmulatın adındandır. Məxmər sözünün yumşaq, ipək kimi məcazi mənaları da məlumdur. Məxmər qadın adı da sözün məcazi mənası ilə əlaqədar olub ipək, yumşaq, mülayim xasiyyətli mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. makka sözündən olub, şəhərlərin anası anlamındadır.
İslam dininə görə, Məkkə birinci şəhər hesab edilir, çünki Məhəmməd Peyğəmbərin doğulduğu, Mədinəyə gedənədək yaşadığı şəhərin adıdır. Müqəddəs Kəbə də bu şəhərdə yerləşir. Beləliklə, Məkkə qadın adı şəhər adındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti