ərəb. Mömina və azərb. mürəkkəb adların tərkibində işlənən Xatun adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Möminəxatun (bax: ad – MÖMİNƏ; XATUN) qadın adı dindar xanım, dindar xanımı mənasındadır. Möminə adının təhrif olunmuş forması Möminəxatın da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Adın məşhur daşıyıcılarından Azərbaycan Atabəyləri dövlətinin ilk dövründə mühüm rol oynamış Möminə xatun hökmdar Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anasıdır. Həyatının sonunadək Naxçıvanda yaşamış Möminə xatun dövrün siyasi hadisələrində məsləhətçi olub, saray çəkişmələrindən hökmdar ailəsini qorumağı bacaran bir qadın kimi Azərbaycan tarixinə daxil olmuşdur. Dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hər zaman hesablaşırdılar. Salnaməçi Sədrəddin əl-Hüseyni yazır ki, Möminə xatun həmişə Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi. Möminə xatunun xalq arasında da böyük hörməti var idi, çünki ölkə vətəndaşlarının tale və maraqlarına biganə deyildi, mədəniyyətin, maarifin inkişafına da köməklik edirdi. Bu ağıllı və hörmətə layiq qadının şərəfinə Naxçıvanda nadir və möhtəşəm məqbərə tikilmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mötabar sözü dilimizdə etibarlı, inanılan, etibar edilən, inam yeri, inanılmış, hörmətli, nüfuzlu, sözükeçən, həmçinin tanınmış, məqbul, hökmü olan (şəxs) anlamlarını ifadə edir.
Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan Mötəbər çox hörmətli mənasındadır. Bu gün Azərbaycanda Mötəbər adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mövsüm sözündəndir. Mövsümə qadın adı dilimizdə fəsil, ilin dörd fəslindən biri, ilin hər hansı bir iş, məşğələ, istirahət və s. üçün istifadə olunan hissəsi, bir şeyin müəyyən vaxtı, zamanı mənasında olan Mövsüm kişi adından (bax: ad – MÖVSÜM) yaranmışdır.
Adın təhrif olunmuş forması Mösümə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. muğamat sözündəndir. Məqam sözünün cəmi olan muğamat sözü Azərbaycan dilində muğam tərzində olan musiqilər, musiqi havaları anlamındadır.
Bu gün Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Muğamat qadın adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. muçtuluq sözü dilimizdə xeyir xəbər, şad xəbər, sevindirici söz, müjdə, həmçinin xeyir, şad xəbəri, müjdəni verən şəxsə verilən bəxşiş, hədiyyə anlamındadır.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Muştuluq adının daşıyıcıları bu gün, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mübarak sözündəndir. Müasir Azərbaycan dilində mübarək xoş bir xəbər, təzə alınan bir şey və ya ad günü, bayram münasibətilə deyilən təbrik, gözaydınlığı sözü, həmçinin müqəddəs, əziz, hörmətli, layiqli, çox yaxşı, uğurlu anlamlarını ifadə edir.
Qeyd etmək lazımdır ki, dilimizin antroponimik vahidlər sistemində mövcud Mübarəkə qadın adı İslam dini ilə əlaqədar şəxs adları sırasındadır. Məlumdur ki, İslam dini bərqərar olandan bütün müsəlman ölkələrində adqoymada Məhəmməd Peyğəmbərin adı kimi, ailə üzvlərinin, yaxınlarının adlarına da üstünlük verilmişdir. Şərq xalqlarında olduğu kimi, türk antroponimik vahidlər sistemində də mövcud Mübarəkə qadın adı Məhəmməd Peyğəmbərin ən çox sevdiyi, imam Əli ilə ailə qurmuş kiçik qızının ləqəbindən formalaşmış addır. İslam dini tarixində əməlləri ilə məşhur olmuş iki imamın (imam Həsən və imam Hüseyn) anası Fatimə insanlığın bütün mənasında əziz, hörmətli, ləyaqətli birisi olmuşdur. Fatimənin Mübarəkə ilə yanaşı ilə Mərziyyə (bax: ad – MƏRZİYYƏ), Tahirə (bax: ad – TAHİRƏ), Zəkiyyə (bax: ad – ZƏKİYYƏ), Raziyyə (bax: ad – RAZİYƏ), Siddiqə (bax: ad – SİDDİQƏ), Mühəddəsə, Zəhra (bax: ad – ZƏHRA) kimi doqquz adı məlumdur. Bu adların hər biri Azərbaycan şəxs adları sistemində müstəqil qadın adı kimi mövcuddur. Sovet dövründə Azərbaycan antroponimik vahidlər sistemində mövcud İslam dini ilə əlaqədar əksər şəxs adları kimi, rəsmi sənədlərdə bilərəkdən təhrif olunaraq Mübarək kimi qeyd edilmişdir. Sonradan dilimizdə ad yalnız Mübarək formasında mövcud olmuşdur. XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış Mübarək qadın adı bu gün artıq müşahidəediləcək dərəcədə azalmışdır. Bu gün Mübarək qadın adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti