ərəb. Mömina və azərb. mürəkkəb adların tərkibində işlənən Xatun adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Möminəxatun (bax: ad – MÖMİNƏ; XATUN) qadın adı dindar xanım, dindar xanımı mənasındadır. Möminə adının təhrif olunmuş forması Möminəxatın da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Adın məşhur daşıyıcılarından Azərbaycan Atabəyləri dövlətinin ilk dövründə mühüm rol oynamış Möminə xatun hökmdar Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anasıdır. Həyatının sonunadək Naxçıvanda yaşamış Möminə xatun dövrün siyasi hadisələrində məsləhətçi olub, saray çəkişmələrindən hökmdar ailəsini qorumağı bacaran bir qadın kimi Azərbaycan tarixinə daxil olmuşdur. Dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hər zaman hesablaşırdılar. Salnaməçi Sədrəddin əl-Hüseyni yazır ki, Möminə xatun həmişə Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi. Möminə xatunun xalq arasında da böyük hörməti var idi, çünki ölkə vətəndaşlarının tale və maraqlarına biganə deyildi, mədəniyyətin, maarifin inkişafına da köməklik edirdi. Bu ağıllı və hörmətə layiq qadının şərəfinə Naxçıvanda nadir və möhtəşəm məqbərə tikilmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti