ərəb. latif sözündəndir. Lətifə qadın adı incə, zərif, qəşəng mənalarını ifadə edən Lətif kişi adından (bax: ad – LƏTİF) ənənəvi yolla yaranmışdır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Lətifə qadın adı XX əsrdə məişətimizdə geniş yayılsa da, əsrin sonlarında müşahidəediləcək dərəcədə azalmışdır. Bu gün adın daşıyıcıları orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. layaqat sözü dilimizdə yüksək mənəvi keyfiyyətləri ifadə edən xüsusiyyətlərin məcmusu, həmçinin bu xüsusiyyətlərin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissi, eləcə də qabiliyyət, bacarıq, istedad mənalarını ifadə edir.
Azərbaycan antroponimikasında Ləyaqət müştərək şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiyunan. lidiya sözündəndir. XX əsrin iyirminci illərindən rus dili vasitəsilə alınma şəxs adları sırasındadır.
Lidiya (Lida adın qısaldılmış formasıdır) Kiçik Asiyada qədim ölkələrdən birinin adındandır. Bu gün Azərbaycanda Lida, eləcə də Lidiya qadın adının daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiyunan. limon sözündəndir. Yunan dilindən ərəb dilinə keçmiş sözlərdəndir.
Limon sözü dilimizdə ərəbcədən alınmadır. Məişətimizdə çox nadir şəxs adları sırasında olan Limon qadın adı subtropik yerlərdə bitən, həmişəyaşıl sitrus ağacı və bu ağacın turşməzə meyvəsinin adındandır. Sözün lumu forması da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiLuiza/Lauza qadın adı XX əsrin 20-ci illərindən sonra məişətimizə rus dili vasitəsilə daxil olmuş şəxs adları sırasındadır.
Lüğətlərdə Luiza qadın adının mənşəyi barədə müxtəlif fikrlər mövcuddur. Fransız, ingilis, alman dillərində mövcud şəxs adları lüğətlərində Luiza qadın adının fransız dilində Lui (Lüdoviq, Luis) kişi adından formalaşması, məşhur döyüş, şərəfli döyüşçü mənalarını ifadə etməsi qeyd olunur. Rus dilində qədim yəhudi dilindən alınma Luiza, Lauza (həmçinin Liza, Eliza) adlarının Tanrı yar oldu, Allah kömak oldu mənalarını ifadə edən Elizaveta qadın adının kiçiltmə forması olub, sonradan müstəqil qadın adı kimi rəsmiləşməsi barədə məlumatlar mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti