faxriyya sözündəndir.
Fəxriyyə qadın adı orta əsrlərdə Şərq (o cümlədən Azərbaycan) ədəbiyyatında məsnəvi, qəzəl və s. formalarda şairin öz fəzilətlərindən, yaxşı sifətlərindən, xüsusən hünər və səxavətindən mədh şəklində bəhs edən şeir şəklinin adındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifaqir sözündəndir.
Bu gün müasir Azərbaycan dilində fağır şəklində işlənən fəqir sözü dilimizdə aciz, yazıq, dinc, sakit mənalarını ifadə edir. Məişətimizdə həmişə ailədə qız övladı, xanımı sakit, dinc görmək istəmişlər. Buna görə də dünyaya gələn qız övlada yaxınları, valideynləri Fəqirə adı vermişlər. Bu gün çox nadir hallarda təsadüf edilən qadın adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifarr sözündəndir.
Dilimizdə işıq, parıltı, bəzək, zinət, gözəllik, həmçinin şan, şərəf mənalarını ifadə edir. Fars mənşəli şəxs adlarının əvvəlində işlənən fər(r) sözü (məsələn, Fərhad (bax: ad – FƏRHAD), Fərxan (bax: ad – FƏRXAN), Dilfər (bax: ad – DİLFƏR) və s.), iranlıların qədim inanclarına görə, Tanrının qanuni hökmdarlara bəxş etdiyi xüsusi əlamətdir. Bu, hökmdarların başı ətrafında bir işartı kimi təsəvvür edilirdi. Bu səbəbdəndir ki, belə adlar adətən şan, şərəf, misilsiz olma və s. buna yaxın mənalar ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti