Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

FƏXRİ ərəb.

faxr sözündəndir. Fəxri kişi adı hər hansı nailiyyətə, xidmətə görə ehtiram, iftixar əlaməti olaraq verilən, eləcə də hörmətli, möhtərəm, şərəfli, şərəf qazandıran mənasındadır.

XX əsrdə məişətimizdə geniş yayılmış şəxs adlarından olan Fəxri bu gün unudulmaqda olan kişi adlarındandır. Addan ənənəvi yolla yaranmış Fəxriyə (bax: ad – FƏXRİYƏ) qadın adı məişətimizdə nisbətən geniş yayılmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti