firdaus sözündəndir.
Mənbələrdə ərəb dilinə sanskrit dilindən keçməsi barədə məlumatlar vardır. Ərəb dilində ad Fir- dausi, fars dilində Firdousi, Azərbaycan dilində Firdovsi kimi işlənir. Firdovsiyə qadın adı cənnət, behişt, cənnətə aid olan, behiştə aid, cənnət bağı, bağ-bağat, bağça mənasını ifadə edən Firdovsi kişi adından (bax: ad – FİRDOVSİ) ənənəvi yolla yaranmışdır. Adın təhrif olunmuş Firdosiyə, Firdövsiyə formaları da sonradan müstəqil qadın adı kimi formalaşmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifirangiz (əslində farangiz) sözündəndir.
Firəngiz (bax: – FƏR; ƏNGİZ) qadın adı işıq saçan, işıq yaradan mənasındadır. Məişətimizdə qədim şəxs adlarındandır. Firəngiz hələ Ə.Firdövsinin məşhur “Şahnamə” əsərində adı keçən əsas qadın surətlərindən birinin adıdır. Əfrasiyabın qızı Firəngiz Keykavusun İrandan Turana qaçmış oğlu Səyavuşla ailə qurur. Əfrasiyab Firəngizin oğlu Keyxosrovun əlində ölür. Sonrakı mərhələdə N.Gəncəvinin “Xosrov və Şirin” əsərində Firəngiz surətinə rast gəlinir. XVI əsrdə yaşamış Şah İsmayıl Xətainin qızının adı da Firəngiz olmuşdur. Azərbaycanda XX əsrdə Firəngiz adının geniş yayılması H.Cavidin “Səyavuş” dramındakı, həmçinin C.Cab- barlının məşhur “Oqtay Eloğlu” dramındakı qadın qəhrəmanın adı ilə əlaqədardır desək, yəqin ki, səhv etmərik. Bu gün Firəngiz qadın adı məişətimizdə müşahidəediləcək dərəcədə azalmışdır. Adın daşıyıcıları orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifiruza (əslində firuz)göy rəngli qiymətli daşın adındandır.
Qədim astroloji düşüncəyə əsasən, firuzə rəngi çərşənbə gününü ifadə edən Ütarid (Merkuri) planetinin adı ilə əlaqədardır. Firuzə qədim vaxtlarda Şərq saraylarında bəzək daşlarının ən qiymətlisi sayılmışdır. İnanclara görə, firuzə daşı gəzdirənlər bəd nəzərdən, xəstəlikdən uzaq olar. Qədim zamanlarda hökmdarların firuzə qaşlı üzük taxması da bu səbəbdən idi. Həm də hökmdarlar zəhərə qarşı həssas olan firuzə daşını yeməyi yoxlamaq üçün istifadə edərdilər. Yeməyin içinə zəhəq qatılması firuzə daşının rənginin dəyişməsi ilə müəyyən edilərdi. XX əsrdə Azərbaycanda adın geniş yayılması, haqlı olaraq, əsrin əvvəlində görkəmli yazıçı-dramaturq C.Cabbarlının “Firuzə” hekayəsinin əsas qəhrəmanının adı ilə əlaqələndirilir. XX əsrin əvvəllərində olduğu kimi, bu gün də Firuzə məişətimizdə geniş yayılmış qadın adları sırasındadır. Firuzə qadın adı ərəblərdə Firuz və Feyruz şəklindədir. Adın təhrif olunmuş Füruzə, Fürüzə formaları da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti