Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

FAZİL ərəb.

fazil (əslində fadıl) sözündəndir. Sonrakı mərhələdə farssayağı oxunuş nəticəsində fazil şəklinə düşmüşdr.

Bu gün dilimizdə ləyaqətli, üstün, fəzilət sahibi, fəzilətli, əxlaqlı, gözəl xasiyyətli, yetkin, biliyi, ağlı, əxlaqı, gözəlliyi sayəsində üstün olan mənalarını ifadə edən Fazil adı ilə yaxın Feyzi (bax: ad – FEYZİ), Fəzlullah (bax: ad – FƏZLULLAH), Fəzli (bax: ad – FƏZLİ) və s. adlar da mövcuddur. Fazil adı artıq neçə əsrdir ki, məişətimizdə geniş yayılmış şəxs adlarındandır. Şərqdə alimül-fazil ifadəsi çox işlənir, əsasən, tanınmış ziyalılara, elm adamlarına deyilir. Adın daşıyıcılarından ömrünü İslam maarifinin çiçəklənməsinə və təbliğinə həsr etmiş, Nəcəf elm mərkəzində dərs demiş Fazil İrəvanlı (1817-1888) ölçüyəgəlməz dərəcədə dərin dini biliyə malik olmaqla yanaşı, əxlaq və mənəviyyat, iman və təqva baxımından da çox yüksəkdə duran şəxsiyyətlərdən olmuşdur. İslam dini ilə əlaqədar 15-ə yaxın əsərin müəllifi, Ayətullahu’l-uzma Fazil İrəvani Nəcəf şəhərində haqqa qovuşmuş və elə orada da dəfn olunmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

FEYZULLAH ərəb.

feyz və mürəkkəb adların tərkibində işlənən Üllah sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Feyzulla (bax: ad – FEYZİ; ÜLLAH) kişi adı Allahın səxavəti, Tanrının comərdliyi, neməti, Tanrının kərəmi, feyzi, ehsanı, bolluğu, bərəkəti anlamlarını ifadə edir. XX əsrdə məişətimizdə geniş yayılmış kişi adlarından olsa da, bu gün artıq unudulmaqdadır. Adın daşıyıcılarından Feyzulla Qasımzadə XX əsrdə yaşamış görkəmli ədəbiyyatşünas alimlərimizdən olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti