Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

FƏZLULLAH ərəb.

fazl və mürəkkəb adların tərkibində işlənən Tanrı ilə əlaqədar Üllah sözlərinin birləşməsindən əmələ gəlmiş (faz- lü-l-lahi) şəxs adıdır. Fəzlullah antroponimi Allahın fəzli, Tanrının lütfü anlamını ifadə edir.

Adın təhrif olunmuş forması Fəzlulla da sonradan müstəqil şəxs adı kimi rəsmiləşmişdir. Bu gün ad yalnız Fəzlulla şəklindədir. Adın məşhur daşıyıcılarından görkəmli şair, filosof, Yaxın Şərqin fikir tarixində “Cavidan- namə”, “Məhəbbətnamə”, “Ərşnamə”, “Növmnamə” kimi Hürufilik təriqətinin ideoloji əsaslarına həsr edilmiş bir çox əsərləri ilə Şeyx Fəzlullah bin Əbi Məhəmməd Təbrizi Nəimi (1339-1401) Hürufilik təriqətinin əsasını qoymuş sufi alim olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti