faiz sözündəndir.
Məlum olduğu kimi, faiz dedikdə, əsasən, hər hansı ədədin tam (vahid) kimi götürülən yüzdəbiri başa düşülür. Amma Azərbaycan dilində faiz sözünün digər mənaları da vardır: 1. Kapitalın hər yüz manatından əldə edilən gəli; 2. Borcludan istifadə ediyi üçün kreditor kimi tutulan haqq; 3. Dövriyyədən, əldə edilən gəlirdən asılı olaraq hesablanan muzd, faiz dərəcəsinin həddi; 4. Məhsulun kəmiyyətinə görə muzd almaq; 5. Daşan, daşqın, artıq, dolu, bol, bolluq; 6. Fayda, bacaran, üstün gələn, nail olan. Faiz kişi adı bacaran, nail olan, üstün gələn anlamlarını ifadə edir. Bu gün Faiz kişi adı Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olsa da, məişətimizdə addan ənənəvi yolla düzəlmiş Faizə (bax: ad – FAİZƏ) qadın adı geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti