ərəb. çafiq sözü dilimizdə şəfqətli, mərhəmətli, ürəyi nazik (olan) mənalarını ifadə edir.
Şəfiqə qadın adı Azərbaycan antroponimikasında köhnəlmiş adlar sırasında olan Şəfiq kişi adından (bax: ad – ŞƏFİQ) ənənəvi yolla yaranmışdır. XX əsrdə kifayət qədər populyar adlar sırasında olan Şəfiqə qadın adı bu gün dəbdən düşmüşdür. Bu gün adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. çahla sözündən olub, iri ala göz, yaxud tünd mavi göz anlamlarını ifadə edir.
Klassik ədəbiyyatda tez-tez rast gəlinən söz və ifadələr sırasında olub, gözəlin epitetlərindən biridir. Şəhla qadın adı iri, al gözləri olan gözəl (qadın, qız) mənasındadır. XX əsrdə məişətimizdə geniş yayılmış qadın adları sırasında olan Şəhla artıq müşahidəediləcək dərəcədə azalmış şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. çahri və banu sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əslində Şəhribanu olsa da, dilimizdə iki əsrə yaxın müddətdən bəri Şəhrəbanu (bax: ad – ŞƏHRİ; BANU) şəklində olan qadın adı şəhərin qadın başçısı, valisi, həmçinin şəhər valisinin arvadı, şəhərin birinci xanımı, tanınmış qadını anlamlarını ifadə edir. Adın təhrif olunmuş Şəhrabanu, Şərabanu, Şərabanı, Şərəbanı, Şərəbanu formaları da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir. Bu gün ad məişətimizdə yalnız Şərəbanı, Şərəbanu şəklində mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. çahrizada sözündən olub, şəhərdən olan, əslən şəhərli anlamındadır.
Miladın 800-900-cü illərinə aid edilən, Şərqdə çox məşhur “Min bir gecə” nağıllar toplusunda Şəhrizadə adına rast gəlinir. Məlum olduğu kimi, topluda nağıllar, bir qayda olaraq, Şəhrizadə tərəfindən əri Şəhriyar şaha min bir gecəlik zaman müddətində nəql edilir. Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tətqiqatçılar tərəfindən toplanmış nağıllar toplusunda yer almış Şəhrizadə qadın adı sonradan Şərqdə geniş yayılmışdır. Adın təhrif olunmuş forması Şəhrizad da sonradan dilimizdə müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün ad məişətimizdə yalnız Şəhrizad şəklində mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti