Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ŞƏHRİBANU

fars. çahri banu sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Əslində Şəhribanu olsa da, dilimizdə iki əsrə yaxın müddətdən bəri Şəhrəbanu (bax: ad – ŞƏHRİ; BANU) şəklində olan qadın adı şəhərin qadın başçısı, valisi, həmçinin şəhər valisinin arvadı, şəhərin birinci xanımı, tanınmış qadını anlamlarını ifadə edir. Adın təhrif olunmuş Şəhrabanu, Şərabanu, Şərabanı, Şərəbanı, Şərəbanu formaları da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir. Bu gün ad məişətimizdə yalnız Şərəbanı, Şərəbanu şəklində mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti