Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ŞƏHRİZADƏ

fars. çahrizada sözündən olub, şəhərdən olan, əslən şəhərli anlamındadır.

Miladın 800-900-cü illərinə aid edilən, Şərqdə çox məşhur “Min bir gecə” nağıllar toplusunda Şəhrizadə adına rast gəlinir. Məlum olduğu kimi, topluda nağıllar, bir qayda olaraq, Şəhrizadə tərəfindən əri Şəhriyar şaha min bir gecəlik zaman müddətində nəql edilir. Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tətqiqatçılar tərəfindən toplanmış nağıllar toplusunda yer almış Şəhrizadə qadın adı sonradan Şərqdə geniş yayılmışdır. Adın təhrif olunmuş forması Şəhrizad da sonradan dilimizdə müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün ad məişətimizdə yalnız Şəhrizad şəklində mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti