ərəb. ülfat yaxınlıq, dostluq, qarşılıqlı anlaşma, ünsiyyət, qarşılıqlı xoş münasibət, yaxınlıq, dostluq, həmçinin sevgi, məhəbbət anlamlarını ifadə edir.
Müasir Azərbaycan dilində ülfət sözü ilə bağlı yaranmış ülfat bağlamaq, mehribançılıq, ülfat göstarma, ülfati kasmama və s. kimi bir çox ümumişlək ifadələr də mövcuddur. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Ülfət adı ünsiyyət, sevgi, məhəbbət mənalarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. Ülkar Dana bürcündə bir-birinin yaxınlığında olan yeddi ulduz topasının adındandır.
Ərəblərdə həmin ulduza Sürəyya, farslarda Pərvin deyirlər. Türk antroponimik vahidlər sistemində mövcud Ülkər qadın adı geniş yayılmışdır. Dünyanın əksər xalqlarının mifologiyasında gözəl qızların müəyyən çətinliklərlə üzləşərkən əlacsızlıqdan onu ulduza, ağaca, quşa və s. çevirməsi ilə bağlı Tanrıya xahiş, dua etmələri mifoloji rəvayətlərdə, əfsanələrdə yer almışdır. Belə əfsanələrdə adətən Tanrı əlacsız qalmış bu məsum, günahsız qızların arzusunu yerinə yetirir. Kimisini ulduza, ağaca, quşa və s. döndərir. Ülkər ulduzu haqqında da bir çox əfsanələr məlumdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. umm/ümm sözü ilə əlaqədardır. Məlum olduğu kimi, dilimizin antroponimik vahidlər sistemində İslam dinində müqəddəs sayılanların, seçilmişlərin adlarından, onların ailə üzvlərinin adlarından, eyni zamanda ləqəblərindən, künyələrindən olan kifayət qədər kişi və qadın adı yer almışdır.
İslam dini ilə bağlı mənbələrdə Ümmülhəsən, Ümmülhüseyn, Ümmülmöhsin, Ümmuləimmə, Ümmüəbiha və Ümmülmöminin Məhəmməd Peyğəmbərin qızı Fatimənin (bax: ad – FATİMƏ) künyələri kimi qeyd olunmuşdur. Göründüyü kimi, Ümmül də Fatimənin künyələrindən formalaşmış (qısaldılmış, yaxud ixtisar edilmiş forma da demək olar) qadın adıdır. Adın təhrif edilmiş forması olan Ümbül də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Artıq Ümmül də, Ümbül də məişətimizdə köhnəlmiş qadın adları sırasındadır. Bu gün adın daşıyıcılarına əhalinin yaşlı təbəqəsi arasında təsadüf etmək olur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. um sözü ilə əlaqədardır (bax: ad – UM). Ərəb dilindəki umm əl-banu ifadəsindəndir. Dilimizə tərcümədə əslində ilk qadın, birinci qadın, qadınların birincisi mənasındadır.
Azərbaycanda bir zamanlar Ummulbanu kimi mövcud olmuş, bu gün arxaikləşmiş qadın adının təhrif edilmiş forması olan Ümbülbanu sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün artıq məişətimizdə Ümbülbanu adının daşıyıcıları yalnız yaşlı nəslin nümayəndələridir. Adın daşıyıcılarından məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən olan Mirzə Əsədullayevin qızı, əsərləriniBanin təxəllüsü ilə yazan Ümmülbanu Əsədullayeva (bəzi mənbələrdə Ümm al-Banu, yaxud Um al-Banu, 1905-1992) Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı olmuşdur. Adı barədə Banin yazırdı: ”Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabi gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam onu doğma Bakıdan uzaq bir kəndə göndərir. Doğuş zamanı yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram”. Bu hadisədən sonra anasının şərəfinə qızını Um əl-Banu adlandırırlar.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. ümid sözündən olub, arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi, güman mənasındadır.
Məcazi mənada ümid ediləcək adamdır. Ümidə qadın adı umma, gözləmə, arzu, istək, ümid etmə, göz dikmə mənasını ifadə edən Ümid kişi adından (bax: ad – ÜMİD) ənənəvi yolla yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. utarid sözündəndir. Ütarid Günəş çıxana qədər göydə görünən ulduzun adındandır.
Ərəb dilində Ütarid Merkuri planetinin adıdır. Astrologiyada Ütaridin (Merkuri) kiçik səyyarə olduğu barədə məlumatar vardır. O, Günəş planetinə çox yaxındır. Məlum olduğu kimi, Merkuri ən kiçik planet sayılır. Bir tərəfi həmişə Günəşə doğru çevrilmiş halda olduğundan daim şiddətli isti olur, digər tərəfi isə soyuqdur. Yunan əsatirinə görə, Merkuri tacirlərin məbudu olub, ticarət allahıdır. Miladdan əvvəl V əsrin əvvəllərində Romada Müqəddəs Merkuri məbədi yaradılmışdı. Vaxtilə hər il may ayında ənənəvi olaraq Merkuriyə və onun anası Mayaya qurbanlar kəsilərmiş. Bu səbəbdən də həyat əlamətlərindən məhrumdur. Məişətimizdə nadir şəxs adları sırasındadır. Adın sonuna -a şəkilçisi artırmaqla Ütaridə variantı da yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti