►Gizli olanın üstünü açmaq, ifşa etmək, kimisə qadağan olunmuş hansısa bir işi görərkən yaxalamaq.
İfadənin qədim adət və inanclarla bağlı meydana gəldiyi ehtimal edilir.
Nə qədər qəribə görünsə də, ifadə su ilə bağlıdır və ilkin dövrdə «sudan çıxarmaq» mənasında işlənib, yəni bir şeyi, məsələn, balığı suyun altından – görünməyən yerdən üzə – aşkara çıxarırsan. «Möcüzə»nin uğurlu olması üçün su mütləq təmiz, təzə və şəffaf olmalı idi.
Başqa ehtimala görə, bu ifadə qədimdə mövcud olmuş «Tanrı məhkəməsi» adlanan mərasimlə bağlıdır. Yəni əvvəllər müqəssir hesab olunan şəxsi təmiz suya atırdılar, əgər o üzüb çıxa bilirdisə, deməli, təmiz su onu qəbul etməyib və o günahkardır, əgər batırdısa, bədbəxtə ölümündən sonra bəraət qazandırırdılar.
Bəzi dilçilər belə hesab edirdilər ki, XVIII əsrdə bu ifadə, əsasən, «aşkara çıxmaq» mənasını verirdi və kiminsə uzaqgörənliyi sayəsində fırıldaqçılığın üstünün açılması haqqında söhbət gedirdi. İfadənin həqiqi mənası bilicilərin kimin üçünsə cadu etməsini aşkara çıxarmaqla bağlı olmuşdur. Aşkara çıxarmaq kiminsə əksini suyun üzərinə çıxarmaq demək idi. Deyilənə görə, suda fala baxarkən günahkar insanın obrazı təmiz suyun üzərində görünürdü.
Məsəllər, deyimlər►Başqasını təqlid etməyə çalışan, özünün məşhur adamlarla qohumluğu və yaxınlığı ilə fəxr edən adamlar haqqında işlədilən ifadə.
Məsəl Azərbaycan folklorunun parlaq nümunələrindən olan məşhur «Koroğlu» dastanından qaynaqlanmışdır.
Qoca mehtər Alı kişiyə acığı tutan zalım xan onun gözlərini çıxartdırır. Xalq həmin gündən Alı kişinin oğlu Rövşəni Koroğlu – kor kişinin oğlu kimi çağırmağa başlayır. Sonralar Koroğlu böyük qəhrəmana çevrilir, xan-bəy və mülkədarlara qarşı xalqın mübarizəsinə başçılıq edir, onun şöhrəti hər yerə yayılır.
Rəvayətə görə, çoxları özünü Koroğluya bənzətmək və «Koroğlu» ləqəbi almaq məqsədilə öz atasının gözünü çıxarsa da, xalq onları «Koroğlu» deyil, «kor kişinin oğlu» çağırır. «Atasının gözünü çıxaran hər adama Koroğlu deməzlər» ifadəsi də buradan yaranır.
Bu barədə «Koroğlu» dastanının özündə də bir hekayə vardır. Koroğlunun dəlilərindən biri Çənlibel ətrafında Sərrafi-Zərkülah adlı varlı və qoçaq bir tacirin öz karvanı ilə keçdiyini görür. Əvvəlcə bu barədə Koroğluya xəbər vermək istəyir, sonra təkbaşına karvana qalib gələrək öz hörmətini artırmaq məqsədilə atını karvana doğru sürür.
Sərrafi-Zərkülah onun kim olduğunu soruşur, o, aşıq olduğunu bildirir. Tacir «aşığa» 500 qızıl verir. Lakin o, qızılları geri qaytarıb karvanı Çənlibelə sürməyi əmr edir. Sərrafi-Zərkülah onun bu lovğalığına gülür. «Aşıq» sazı sinəsinə basıb qoşma oxuyur və qoşmanın axırında guya Koroğlu olduğunu söyləyir.
Tacir bunu eşidib «aşığa» qəzəblənir və onu qovaraq deyir:
− Olmaya sən də Koroğlu adı almaq üçün öz atasının gözünü çıxardanlardan birisən? Rədd ol buradan!
Məsəllər, deyimlər►Hər hansı mürəkkəb və dolaşıq vəziyyətdə, qarşıdurmada qalib gəlmək üçün hiylə işlətmək, ağlagəlməz taktika qurmaq, gözlənilməz gediş etmək.
İfadə II Dünya müharibəsi zamanı məşhur alman diversantı Otto Skortseninin həyata keçirdiyi hərbi əməliyyatdan sonra yayılmışdır.
Mənşəcə avstriyalı olan və hərbi kəşfiyyat istedadı ilə ad çıxarmış O.Skortseni həmin hərbi əməliyyat zamanı düşmənin gözlədiyi ənənəvi istiqamətdən deyil, şahmat oyununda at fiqurunun gedişinə bənzər manevr edib rəqibə ağır zərbə vurmaqla qalib gəlmişdir.
Adətən, şahmat oyununda «atla gediş etmək»in mənası odur ki, digər fiqurların gedişindən fərqli olaraq at fiquru birbaşa, açıq deyil, dolayısı ilə müəyyən fiquru oyundan qəfil kənarlaşdırır. Yəni at fiquru şahmat taxtası üzərində düz xətlə deyil, qırıq xətt boyu hərəkət etdiyindən onu daim nəzarətdə saxlamaq, edəcəyi gedişi əvvəlcədən müəyyənləşdirmək çətin olur.
Məhz qeyri-adi gedişi sayəsində at gözlənilməz və «hiyləgər» hücumlar edə bilir. Elə bu xüsusiyyətə görə də «atla gediş etmək» ifadəsi daha çox məcazi mənada işlədilir. Həyatın müxtəlif hadisələrində hiyləgər, bəzən isə əvvəlcədən düşünülmüş məkrli zərbə, müəyyən döyüşdə dolayı manevr bu deyimlə ifadə olunur.
Məsəllər, deyimlər►Son dərəcə sahmansız, lazımsız əşyalar yığılmış, illərlə əl dəyilməyən, təmizlənməsi çox güc tələb edən pinti, zir-zibilli yer haqqında işlədilən ifadə.
İfadə qədim yunan mifologiyasından qaynaqlanmışdır.
İlk dəfə e.ə. I əsrdə yunan tarixçisi Siciliyalı Diodorda rast gəlinən əsatirdə göstərilir ki, Qədim Yunanıstan çarı Edip Avgi at həvəskarı imiş. Onun tövləsində üç min at varmış, lakin bu atların saxlandığı tövlə 30 il idi ki, təmizlənmirdi və ona görə də peyin hətta tövlənin damına kimi qalxmışdı.
Çar Avgi əfsanəvi qəhrəman, nəhəng Herakla tövləni təmizləməyi tapşırdı, çünki bilirdi ki, bu işi ondan başqa heç kim bacarmaz. Herakl isə təkcə fiziki cəhətdən güclü, görünüşcə nəhəng deyildi, həm də ağıllı və tədbirli idi. O, Alfey çayının istiqamətini dəyişib suyu tövləyə tərəf yönəltdi. Güclü su axını bir gün ərzində tövlənin bütün zir-zibilini təmizlədi.
Beləliklə, «Avgi tövləsi» frazeologiyası yarandı və uzun illərdir ki, dünya dillərində «zibilli, natəmiz, baxılmayan pinti yer» mənasında uğurla işlənir.
Məsəllər, deyimlər►Qərb dünyasına inteqrasiya etməyi, Avropa ilə ayaqlaşmağı, müasirləşməyi, dünya ilə əlaqələri genişləndirməyi bildirən ifadə.
İfadə Rusiyanın Avropaya can atdığı dövrlərdə yaranmışdır.
Rus çarı I Pyotr XVIII əsrin əvvəllərindən başlayaraq Rusiyada islahatlar aparır, o cümlədən Avropa ilə əlaqələri genişləndirməyə çalışırdı. Pyotrun, ilk növbədə, Rusiyanı Baltik dənizinə çıxaran Sankt-Peterburqu avropalaşdırmaq planı var idi.
İfadə ilk dəfə A.S.Puşkinin «Mis atlı» (1833) poemasında işlənmişdir. A.Puşkin özü poema haqqında qeydlərində göstərirdi ki, «Avropaya pəncərə» anlayışı italyan yazıçısı Alqarottinin «Rusiya haqqında məktublar»ından meydana gəlmişdir. Böyük şair italyan müəllifinin bu ifadəsini öz əsərində «danışdırdığı» Böyük Pyotrun nitqinə daxil etmiş, lakin ona milli kolorit qataraq dəyişmiş və fərdiləşdirmişdir.
İfadə dilimizdə XX əsrin əvvəllərindən Azərbaycan publisistlərinin yazılarında da geniş işlənməyə başlamışdır.
Məsəllər, deyimlər►Adәtәn, uğursuzluq gәtirәn mənfi enerjili və bədniyyət şәxs haqqında işlədilən ifadə.
İfadә, әslindә, qәdim insanların mövһumi təsəvvürləri ilə əlaqədar meydana gəlmişdir.
Qәdim inanclara görә, gecә vaxtı anadan olan adamlar «ayağı ağır», yaxud «qaradaban» һesab edilirdilәr. Guya belәlәri hər yerə bədlik aparır, ayağı düşәrli olmur, onların һәr һansı bir yerә getmәsi, hәr һansı işi başlaması uğursuzluqla nәticәlənir. Bunun әksinə, gündüz doğulan kәslәr şükümlü, әliyüngül һesab edilirdi. Ticarәt işindә әn әvvәl, xüsusilә sәһәr-sәһәr belәlәri ilә alver etmәyә cәһd göstәrirdilәr, «siftә»ni dә bu әliyüngüllәrdәn almağa çalışırdılar.
Əslində, əlin və ayağın yüngül, yaxud ağır olması ilə bağlı təsəvvürlər indi də qalır. «Filankəsin ayağı ağırdır», «onun əli yüngüldür» kimi ifadələr bu gün də işlənir. Bu gün də hər hansı işin üstünə «qaradaban» bir adamın gəlib çıxması həmin işin alınmayacağına, pis nəticə olacağına işarə kimi qavranılır.
Məsəllər, deyimlər►Hər hansı iş üstünə çıxması, oraya gəlişi və ya ani də olsa, orada görünməsi ilə həmin işə uğur gətirmək.
İfadə xalq arasında tarixən formalaşmış müəyyən inancdan yaranmışdır.
Davamlı müşahidələr nəticəsində qədim insanlarda belə bir qənaət hasil olmuşdur ki, bir işi başlayarkən ona kimin xeyir-dua verməsinin, yaxud həmin işin üstünə kimin gəlib çıxmasının ciddi əhəmiyyəti vardır. Ona görə də gəlişi ilə uğur gətirən adamlar haqqında tədricən «ayağı sayalıdır», «ayağı düşərlidir» kimi fikirlər formalaşmışdır.
Bir çoxları xalq arasında əsrlərdən bəri işlədilən bu ifadələri son zamanlaradək heç bir əsası olmayan inanc, hətta avamlıq hesab edirdilər. Lakin son elmi araşdırmalar bu ifadənin elmi-tibbi baxımdan əsaslı olduğunu təsdiqləyir. Z.Mabudoğlu «Əcdadlarımızın tibbi bilikləri deyimlərimizdə» adlı əsərində müasir elmi təsəvvürlərə əsaslanaraq göstərir ki, orqanizmlər öz potensial imkanları baxımından fərqlidir. Hətta bədəndə toplanan və hələ elmə bir o qədər də məlum olmayan daxili enerji də müxtəlif (müsbət, mənfi, güclü, zəif və s.) xarakterli olur. Bəzi insanlarda bu enerji çox güclü olur. Belə insanlar özləri də hiss etmədən taleyin onlara bəxş etdiyi bu imkandan yeri gələndə gözlə, sözlə, alqışla, qarğışla istifadə edirlər. Bunu öz üzərində sınayanlar həmin gözəgörünməz enerjinin fərqli nəticələrini hiss edirlər.
Çox güman ki, xalq arasında işlədilən «göz dəyməsin», «Allah pis gözdən, pis nəzərdən qorusun» kimi ifadələr də təsadüfi yaranmayıb. Görünür, əcdadlarımız hələ çox qədimdən insan bədənində toplanmış enerjinin xarakteri barədə aydın təsəvvürlərə malik imişlər. Dilimizdə işlənən məlum sözlər və ifadələr bunu bir daha təsdiqləyir.
Məsəllər, deyimlər►Hesabına, adına, ünvanına aid etmәk, qeyd etmək.
İfadə öz mәnşәyinә görә «ad» sözünün məna dəyişməsi ilә әlaqәdardır.
Qәdim türk dillәrindә hәr iki sözün kökü eyni – ay, əy, ey, ad, at, ed, et ünsüründәn ibarәt olmuşdur vә bu ünsür müasir «ad» mәnasını bildirir. Buradakı ayaq elә «ad» demәkdir. Mahmud Kaşğarinin (1029–1105) lüğәtində «ayaq ayamaq» ifadәsi ad (vә ya lәqәb) vermәk (bir növ, «adlandırmaq» vә ya «lәqәb vermək») mәnasındadır. Bu ünsürә zarafatcıl, bamәzә (adam) mənasında işlәnәn «aynaq» sözündə tәsadüf edilir.
Məhəmməd Füzulinin «Bәngü badә» әsәrindә «Mey ilә Bәngin mübahisәsi» bölmәsindә «Mey edir», «Bәng edir» («deyir» mәnasında) cümlәlәri tәkrar-tәkrar işlәnir («edir» leksik vahidinin kökü «ed» sonralar substitusiya qanununun tәsiri ilә «de» şәklini almışdır).
Göstәrilәn «ayağına yazmaq» ifadəsi mәşhur «ayama» (adlandırma vә ya lәqәblәndirmә) sözünün tәrkibindә də eyni mәnada çıxış edir.
Müasir danışıq dilindә bu deyim ilkin mәnadan az-çox uzaqlaşdırılmış şәkildә işlәdilir; mәsәlәn, «ayağında qalmaq», «ayağında nә qәdәr borc var» ifadələrində bu uzaqlaşma hiss edilir. Lakin, hәr halda, burada da «ad» mənası üstündür: ayağında – yəni «adının qabağında».
Məsəllər, deyimlər►Mənəvi saflığı, düzgünlüyü, tәmizliyi, paklığı qabardan ifadə.
İfadə xalq arasında mövcud olan inanclarla bağlı yaranmışdır.
Adәtәn, xalq ifadәlәrindә dərin bir mәntiq, sözlәr arasında daxili mәna rabitәsi olur ki, bunu ay və su ilə müqayisə yaradan bu ifadədə müşahidә etmirik. Burada bir mәntiq yoxdur. Güman etmәk olar ki, bu ifadә yalnız estetik mәqsәdlә, ahәng, qafiyә xatirinә işlәnmişdir. Lakin, adәtәn, belә olmur. Dil tәkcә gözәllik üçün mövcud ola bilmәz. Dilin әsas mәqsәdi ünsiyyәtә xidmәtdir. Estetik cәhәt isә burada ikinci mәqsәd ola bilәr.
Xalq ifadәlәrindә ardıcıl gәlәn tәrkiblәr ya yaxın, ya da әksmәnalı sözlәrdәn tәşkil olunur ki, müәyyәn müqayisә vә ya qarşılaşdırmaya (geniş mәnada) xidmәt edә bilsin. Lakin «ay» vә «su» mәfhumları arasında heç bir mәntiqi әlaqә yoxdur vә bu sözlәr, adәtәn, bir-biri ilә qarşılaşdırılmır. Ona görә dә bәzәn «sudan duru» yox, «gündәn duru» ifadәsi işlәdilir. Amma bu son ifadәdә dә mәntiq yoxdur, «gündәn duru» birlәşmәsi heç bir mәna ifadә etmir.
İfadәnin daha doğru vә mәntiqi şәkli «Kitabi-Dәdә Qorqud» dastanında verilmişdir. «Bamsı Beyrәk» boyunda göstәrilir ki, Dәdә Qorqud Dәli Qacara deyir: «Aydan arı, gündәn görklü qız qardaşın Banıçiçәyi Bamsı Beyrәyә dilәmәyә gəlmişәm».
Burada hәm mәntiqi cәhәt («ay» ilә «gün» sözlәrinin qarşılaşdırılması), һәm dә estetik cәһәt (sәs tәkrarı: birinci tәrkibdә «a» sәslərinin assonansı, ikinci tәrkibdә «g» sәslәrinin alliterasiyası) vardır. Lakin dilimizdә «görklü» sözünün arxaiklәşmәsi nәticәsindә ifadә indiki şәkli almışdır.
Məsəllər, deyimlər►Kömək əvəzinə problem, çətinlik yaradan uğursuz xidmət, xeyirxah niyyətlə başlanan, lakin çox zərərlə, ziyanla nəticələnən davranışlar barədə istehza ilə işlədilən ifadə.
İfadə Asiya xalqları arasında mövcud olan əhvalatla bağlı yaranmışdır.
Bir gün bir ovçu meşədə dəhşətli ayı nəriltisi eşidir. Səs gələn tərəfə gedib görür ki, ayının ayağı armud ağacının haçasına ilişib və ha çalışırsa, çıxa bilmir. Ovçu qorxmadan irəli atılır və ayını xilas edir.
Ovçuya minnətdar olan ayı isə yüksək sədaqət göstərərək onunla hər yerə gedir, onu incidəni döyür, çöl işlərində bacardığı kimi kömək edir, günorta yatanda milçəyini qovurmuş. Bir gün ayı yatmış sahibinin alnına qonan qara milçəyi bir neçə dəfə qovur. Zəhlətökən milçək hər dəfə yenə qayıdıb eyni yerə qonur. Axırda bərk əsəbiləşən ayı böyük daşla vurub milçəyi (yəni sahibini də) öldürür.
Hazırda publisistik yazılarda və şifahi çıxışlarda geniş işlənən bu frazeoloji ifadə yuxarıdakı əhvalatı nəzmə çəkən rus təmsilçisi A.Krılovun «Ayı və çöllü» əsərindən sonra populyarlaşmışdır. Əslində isə bu təmsilin süjeti hind əhvalatlarından götürülmüşdür və orada ayı əvəzinə meymundan bəhs edilir.
İfadənin dilimizdə «qaş düzəltdiyi yerdə vurub gözünü çıxarmaq» kimi sərrast qarşılığı da vardır.
Məsəllər, deyimlər►Kefi, eyni açılmaq, әhvalı durulmaq, yaxşılaşmaq.
İfadə qədimdən mövcud olan xalq inancları ilə bağlı yaranmışdır.
Buradakı «ayna» sözü qәdim zamanlarda (ayna//eynә şәklindә) insanın әhvalını, səhhətini әks etdirirdi. «Ayna» sözünün dilimizdә işlәnәn mәnası şәr qüvvәlәrә qarşı mübarizә ilә bağlıdır. «Ayna» sözü qәdimdә qorxu әhvali-ruhiyyәsi yaradan, sağlamlığa zәrәr vuran şәr qüvvә, iblis mәnasını daşıyırmış. «Eymәnmәk» feili dә bu mәna ilә әlaqədardır.
Dilimizdәki «üzü tutulmaq», «tutqun görkәm» vә s. tipli ifadәlərin dә bununla әlaqәdar yarandığını güman etmək olar.
Türk dilinin bəzi qollarında «aynalmaq» feili xәstәni sağaltmaq üçün onu sevәn bir şәxsin özünü qurban verib xəstәliyi özünә alması mәqamında işlәnmәkdәdir. (Dilimizdә «azarın mәnә gәlsin» ifadәsi һәmin inamın izlәrini yaşatmaqdadır.) Tarixdәn mәlumdur ki, vaxtilә Babur şah (1483–1530) ağır xәstә olan oğlu üçün «aynalmış» idi. Sonralar bu adәt aradan çıxmış, get-gedә zarafata çevrilmişdir ki, bununla әlaqәdar «aynaq» (zarafatcıl, baməzə) sözü yaranmışdır.
Müasir dilimizdә bu ifadә, әsasәn, «aynası açıq» («aynası açılmaq»), habelә «eyni açıq» («eyni açılmaq») şәklindә işlәdilir.
Məsəllər, deyimlər►Xəstəlikdən əziyyət çəkmək, narahatlıq keçirmək, yorğan-döşəyə düşmək.
İfadənin qədim türk ədəbi abidələrindən qaynaqlandığı güman edilir.
Prof. M.Adilova görə, buradakı ikinci komponentin bəzən fars dilinә mәxsus «bizar»la eynilәşdirilməsi sәhv yanaşmadır. Әvvәla, heç yerdә bu söz һәmin tәrkib daxilindә «bizar» şәklində işlәdilmir. İkincisi, bizar// //bezar sözü azarla leksik cәһәtdәn әsla yaxın deyildir.
Qәdim türk dilində işlәnən «asura» sözü şeytan, iblis anlamında olub qәdim һind dilinә mәxsus Asura (Aһura Mәzda tәrkibindә bu söz var) sözündәndir. Nәzәrә almaq lazımdır ki, Azar vә Pezer//Pәzәr qәdim türk әsatiri personajlarıdır. Ehtimal ki, türk-monqol әsatiri obrazları olan Azar (Asar, Kazar) vә Pәzәr (Pasar, Pazar, Bizer, Bezer, Usar) adları hind-İran allaһlarının Asura//Aһura vә Mizra//Mitra adından meydana gәlmişdir. Asuradan Asar, Mizradan Pazar//Bezer törәmişdir. Qәdim hind әsatirlәrindә asurlar Allahın düşmәnlәri olub onunla uzun müddәt mübarizə aparmış, nәһayәt, mәğlub olmuşlar.
E.ә. V әsrlә eramızın V әsri arasındakı müddәtdә türk vә İran xalqları arasında әlaqә yaranır və bu dövrdәn Ahura Mәzda adı türk xalqlarının dillәrindә Hörmüzd, Örmüzd, Hörmüz vә s. şәkillәrdә işlәdilir. «Azar-bezar» isә «pis, mәnfi, әziyyәt verәn qüvvә» mәnasını hifz etmәkdәdir.
Klassik sanskritdә iblis mәnası verәn asura tәdricәn azar şәkli almışdır. Bu sözün canlı varlığı bildirdiyi bir sıra ifadəlәrdәn dә mәlum olur: «azar yapışıb yaxamdan», «azar tutmaq» (müqayisə et: «cin tutmaq», «yel tutmaq» – yelin dә ilaһi varlıq kimi anlaşıldığı mәlumdur).
Zaman keçdikcə ifadə «şər qüvvələrlə üz-üzə gəlmək» mənasını dəyişərək «naxoşlamaq, xəstəliyə yoluxmaq, xəstəlikdən əziyyət çəkmək» anlamında işlənməyə başlamışdır.
Məsəllər, deyimlər►Bir işin məsuliyyətini, cavabdehliyini, günahını kiminsə öz üzərinə götürdüyünü bildirmək üçün işlədilən ifadə.
İfadə ölməz Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» (1909) və ya «Məşədi İbad» kimi tanınan komediyasından qaynaqlanır.
Müflisləşmiş Rüstəm bəy öz gözəl və gənc qızı Gülnazı aldığı borc pulun müqabilində varlı, lakin qoca Məşədi İbada ərə vermək niyyətindədir. Gülnaz isə daş atıb başını tutur, çünki Sərvəri sevir. Sərvər Rüstəm bəyə Gülnazı sevdiyini deyəndə o bildirir ki, başqasına söz verib, iş-işdən keçib. Sərvər deyir ki, «mən deyənə razı olsan, işi düzəldərəm... Əgər iş tutdu – tutdu və illah tutmasa, onda babalı Sərvərin boynuna».
Tədqiqatçıların fikrincə, ifadənin tərkibindəki «babal» leksik vahidi ərəb dilində olan «vəbal» (günah, məsuliyyət, təqsir, cavabdehlik, ağırlıq, çətinlik) sözündən yaranıb və Ü.Hacıbəyliyə qədər də klassik ədəbiyyatda və danışıq dilində («babal yumaq» və s.) kifayət qədər işlək olub.
Sonradan istər ədəbi, istərsə də danışıq dilində işləkliyi artan «babal» sözü tədricən «vəbal»ı sıxışdıraraq aradan çıxarıb.
Məsəllər, deyimlər►Əsasən, əyləncə xarakterli, qeyri-ənənəvi kef məclisləri haqqında danışılarkən işlədilən ifadə.
İfadə «Şərikli çörək» filmindəki (1969) məşhur fraqmentdən qaynaqlanmışdır.
Binanın həyətində «həyatı göstərən» aparatı ilə gəzən, məhəllə uşaqlarının dili ilə desək, «fokus göstərən» kişi aparatdakı fotoları əlavə ödəniş müqabilində özünəməxsus formada şərh edir. Həmin fotolar arasında səhnədə qadın kostyumları ilə təsvir edilən üç kişi artist rəsminin izahı isə məhz bu şəkildə səslənir: «Baden-Badenin mavi gecələri».
Çoxlarının ehtimalına görə, bu ifadədə vurğulanan «mavi gecələr» leksik vahidi qeyri-ənənəvi cinsəlliyə işarədir.
Əslində isə Almaniyanın turizm şəhəri olan Baden-Badenin özünün və yerli əhalisinin «mavilik»lə heç bir əlaqəsi yoxdur. Sadəcə şəhər çox zəngin turistlərin axışdığı yer olduğundan orta və ya kasıb adamlar burada dincələ bilməzlər, yalnız varlılara xidmət olunur. Çünki əyləncə məkanları, kazinolar, otellər həddindən artıq bahadır. Dünyanın hər yerindən gəlmiş gənc oğlan və qızlar isə zəngin turistləri əyləndirmək üçün dondan-dona («mavilik» də daxil olmaqla) girir, müxtəlif səhnəciklər göstərirlər.
Məsəllər, deyimlər►Bir insanın başqa birisi ilə təmənnalı, məqsədli, saxta münasibət saxladığını bildirmək üçün işlədilən ifadə.
İfadə xalq arasında məşhur bir əhvalatdan qaynaqlanmışdır.
Tədqiqatçı Beydulla Hüseynov «Rəvayətli ifadələr» kitabında bu məsəli belə şərh edir: «Bağında əriklərin yetişdiyi vaxt tez-tez bağbanın yanına gəlib-gedən, onunla «dostluq edən» yalançı dostlar ərik qurtaran kimi bağdan ayaqlarını kəsir, bağbanı görəndə isə yanından düz keçir, ona salam vermirlər».
Adi danışıqda, folklorda və ədəbi əsərlərdə tez-tez rast gəlinən bu məsəl, əslində, tam şəkildə belədir:
Bağda ərik var idi, salam-əleyk var idi,
Bağda ərik qurtardı, salam-əleyk qurtardı.
Geniş yayılmış bu məsəl var-dövlətə, ad-sana, mənsəbə malik olan adama çoxlarının özünü dost kimi göstərdiyini, var-dövlət və mənsəb əldən getdikdən sonra isə heç kimin məhəl qoymadığını, hətta salam belə vermədiyini, yəni bəzi adamlarda səmimiyyət, təmənnasız dostluq münasibəti olmadığını bildirmək məqsədilə işlədilir. İşlətmək asan olsun deyə, adətən, bu məsəlin əvvəldə gələn ilk misrası deyilir.
Bəzi mənbələrdə bu ifadənin Molla Nəsrəddinə aid olduğu iddia edilir.
Məsəllər, deyimlər