►Həddindən artıq sərt cəza müəyyən edən qanunlar haqqında işlədilən ifadə.
İfadə Qədim Yunanıstanda e.ə. 621-ci ildə afinalı Drakonun yazıb tərtib etdiyi ilk qanunlar toplusundan qaynaqlanır.
Həmin topludakı qanunlar həddindən artıq sərt olduğu üçün əhali onları «qanla yazılmış qanunlar» adlandırıb; məsələn, burada təsadüfən adam öldürmüş şəxsin şəhərdən qovulması, bilərəkdən qətl törətmiş şəxsin isə edam edilməsi nəzərdə tutulurdu. Qanunlar varlıların mənafeyini daha çox nəzərə alırdı. Zərərçəkmiş tərəfə pul ödənilməsi yolu ilə məsələnin dinc həlli variantı mümkün sayılırdı. Drakon qanunları qan davasını məhdudlaşdırırdı, yəni qatilin özbaşına cəzalandırılması qadağan idi. Bu qanunlar, əsasən, afinalı siyasi xadim, şair və mütəfəkkir Solonun islahatlarına qədər (e.ə. 594-cü ilədək), onların müəyyən müddəaları isə islahatlardan sonra da qüvvədə qalıb.
Toplu müəllifin adı yunanca «Drakontos» (Drakontun) kimi səsləndiyi üçün həmin sənədə bəzən «Drakontun qanunları» da deyilir.
Məsəllər, deyimlər►Tarixən Böyük Britaniyanın ünvanına işlədilmiş məcazi ifadə, İngiltərənin obrazlı adı.
İfadə Böyük Britaniya adasının daim qatı dəniz dumanı içərisində olması ilə bağlı yaranmışdır.
Əslində, «albion» sözü (lat. «albus» – «ağ», yaxud kelt mənşəli söz olub «dağlıq ada» mənasını verir) elə Britaniya deməkdir. Ehtimala görə, qədim romalılar gəmilərlə La-Manş tərəfdən Britaniya adalarına yaxınlaşarkən sahildəki təbaşirli süxurlardan ibarət qayaların ağ rəngi onları valeh edib, buna görə də latınca «albus» (ağ) sözünə uyğun olaraq buranı «Albion» adlandırıblar.
Bir çox tanınmış yazıçılar əsərlərində Londonun daim qeyri-adi dumanlara bürünməsinin təsvirini veriblər. Bəzi müəlliflər qeyd edib ki, bu dumanlar bəzən o qədər qatı olur ki, şəhərdə hərəkət dayanır, insanlar azmamaq üçün ayaq saxlayırlar. Yazılı mənbələrdə deyilir ki, hələ tarixən bu məsələdə heç bir narahatlıq hiss etməyən adamlar yalnız korlar olur. Qaranlıqda gəzməyə öyrəşdiklərinə görə onlar hətta kor olmayan adamlara yolu tapmaq üçün tez-tez kömək təklif edirlər. İngilislərin fikrincə, Albionu dumanlı adlandırmaq üçün coğrafiyaçıların və qələm adamlarının çox tutarlı əsası olub.
Məsəllər, deyimlər►Bir işә hәddindәn artıq aludә olmaq, şirniklənmək, işin nә ilә nәticәlәnәcәyini düşünmәdən ona şövqlə davam etmək.
İfadə bir çöx türk ləhcələrində işlənən «tuzağa (tələyə) getmək» ifadəsinin təhrif olunmuş formasından yaranmışdır.
Əvvəllər bu ifadәnin etimologiyası ilə bağlı iki ehtimal irəli sürülmüşdü. Birinci ehtimala görə, ifadə qədimlərdə insanların uzaq yerə duz dalınca getməsi ilə bağlı yaranmışdı. Guya duz səfəri üçün yola çıxanda insan şövqlü, enerjili olar, qayıdanda isə duz yükünün ağırlığından beli əyilərmiş. Yəni duza gedәndә şux görünən, deyib-gülәn şәxs qayıdanda çox ağır, həyat eşqini itirmiş və acınacaqlı vәziyyәtdә olurmuş. İkinci ehtimal isə heyvandarlıqla, daha çox qoyunlara duz verilməsi situasiyası ilə əlaqələndirilirdi. Guya örüşdən qayıdan qoyunlar üzərinə duz səpilmiş daşlara doğru çox sürətlə qaçarlarmış.
Bu ehtimallarda bəzi dəqiq elementlərin olmasına baxmayaraq ifadə qədim türk dilində «tələyə doğru getmək» mənasını bildirən «tuzağa getmək» frazeologiyasının təhrif olunması nəticəsində yaranmışdır.
Məsəllər, deyimlər►Yaxın olmaq, dost münasibəti saxlamaq, bir-birinə münasibətdə xoşniyyətli və sədaqətli olmaq.
İfadə xalq arasında duza və çörəyə müqəddəs nemət, sədaqət rəmzi kimi baxılması haqqında təsəvvürlərdən qaynaqlanır.
Çörək və duz bütün dünya xalqlarında, dini kitablarda ən vacib, qiymətli ərzaq hesab olunur. İnsan orqanizminə lazım olan bir çox kimyəvi elementlər bu qidanın tərkibinə daxildir. Bir vaxtlar çox çətin tapılan və buna görə də bahalı ərzaq növü sayılan duz olmadan heç bir yeməyi dadlı hazırlamaq mümkün deyil. Buna görə də «duz və çörək» sözləri çoxdan bəri, xüsusən Şərq xalqlarının danışıq dilində birlikdə deyilir. Bu yanaşma dilimizdəki «Duzsuz dadlı, çörəksiz isə doyumlu deyil» atalar sözündə də öz əksini tapır.
Əvvəllər «duz-çörək» ifadəsi sadəcə ərzağı, sonralar isə birgə yeyib-içməyi, nəhayət, dostluğu, yaxınlığı, xoş niyyəti ifadə edib. Hörmətli qonağı duz-çörəklə qarşılamaq ənənəsi hazırkı dövrə qədər gəlib çıxmışdır.
Dilimizdə geniş işlənən «çörək kəsmək», «birlikdə bir pud duz yemək» ifadələri də yaxınlığı, doğmalığı bildirir.
Məsəllər, deyimlər►Cəzalandırmaq, möhkәm döymәk, әzişdirmәk, qorxutmaq, gəliş gəlmək.
İfadənin fars dilində «hind qılıncı» mənasını verən anlayışdan törəndiyi ehtimal olunur.
Ehtimallara görə, «düdәmeyi-hindi» birlәşmәsi Hindistandan gәtirilmiş hind qılıncının adını bildirir. Farscadan alınmış «düdәmә» sözü ikiağızlı, һәr iki üzü (tәrәfi) iti olan qılınc demәkdir. Deməli, ifadәnin obrazlı, mәcazi mәnası da buradan meydana gәlmişdir.
Cəvahirləl Nehrunun «Hindistanın kəşfi» kitabında deyilir: «Firdovsi «Şahnamә»dә göstәrir ki, İsgәndәr İrana soxulanda farslar Hindistana qılınc vә başqa silah üçün adam göndәrirdilәr. İslam meydana çıxana qәdәr әrәblәr qılınca «mühәnnәd» deyirdilәr ki, bu da «hinddәn gәtirilmiş», «hind malı» demәkdir. Bu söz danışıqda indi dә işlәdilir».
Məsəllər, deyimlər►Bütün məsələlərdə gözəlliyin rolunu qabardan və daha çox hərfi mənada işlədilən ifadə.
Aforizm böyük rus yazıçısı F.Dostoyevskinin «İdiot» romanından (1868) qaynaqlanaraq yayılmışdır.
Əsərdə bu ifadəni 18 yaşlı gənc İppolit Terentyev bir qədər açıq-saçıq və istehzalı intonasiya ilə söyləyir: «Knyaz, doğrudurmu, siz dəfələrlə demisiniz ki, dünyanı «gözəllik» xilas edəcək. Həzərat, – o, ucadan bağırdı, – knyaz təsdiq edir ki, dünyanı gözəllik xilas edəcək!» Ümumiyyətlə, Dostoyevski bu romanda bir çox epizodlarda knyaz Mışkinin dili ilə danışaraq insandakı gözəllikləri əxlaqi keyfiyyətlərin toplusu kimi təqdim edir. Bu isə romanın əsas ideyasına – müsbət və gözəl insan obrazı yaratmaq məqsədinə uyğun gəlir.
F.Dostoyevskinin yaradıcılığını araşdırmış D.Merejkovski və N.Baxtin kimi alimlər bu qənaətdədirlər ki, bir yazıçı kimi onun əsərlərində xüsusi estetik kateqoriyalar, o cümlədən gözəllik haqqında ayrıca söhbət açılmır. Amma F.Dostoyevskinin əsas idealı insanın mənəvi kamilliyi, onun daxili aləminin gözəlliyidir və bu yanaşma da mahiyyət etibarilə alman filosofu İ.Kantın gözəllik haqqında fikirlərindən qaynaqlanır.
İfadə insan həyatında və dünyada mühüm estetik kateqoriya kimi gözəlliyin rolunu müəyyən etmək mənasında geniş işlənir.
Məsəllər, deyimlər►Klassik әdәbiyyatda Kәbәnin obrazlı adı kimi işlәdilən ifadə.
İfadə qədim yunan mifologiyasından və dini kitablardan qaynaqlanır.
Müsәlmanların әqidәsincә, Mәkkә vә bu şәһәrdәki Kәbә Yer kürәsinin tam ortasında yerlәşir. İslam dini әfsanәlәrinә görә, Adәm Cәnnәtdәn qovulandan sonra Allah onun üçün yaqutdan bir ev yaratmışdı. «Beytül-məmur» adlanan bu evi cahanın ortasına qoymuşdu ki, bu da indiki Kәbәnin yeri imiş.
Qәdim insanlar göbәyi bәdәnin ortası hesab edirdilәr. Әfsanәyә görә, Zevs (vә ya Yupiter) «dünyanın göbәyini» müәyyәnləşdirmək mәqsәdilә Yerin hәr iki başından üz-üzә eyni sürәtlә uçan iki qartal buraxmışdı. Qartallar qәdim yunan şәhәri Delfa üzәrindә görüşmüşdülәr. Ona görә dә bu şәhәr «dünyanın ortası» hesab edilmiş vә Zevsin әmri ilә buraya Omfal (yunanca müqәddәs daş vә ya meteorit deməkdir) qoyulmuşdu. Bu daşın hәr iki tərəfinə qızıl qartal fiqurları hәkk edilmişdi.
Qәdim yәһudilәrin tәsәvvürüncә, dünyanın ortasında Yerusәlim, onun mәrkәzində mәbәd, onun da mәrkәzindә mehrab yerlәşir ki, dünyanın göbәyi bu imiş. XIII әsrdә Paris yaxınlığındakı Sen-Deni abbatlığında dünya xәritәsi hazırlanmışdı. Bu xәritәdә Yer kürә şәklindә әks etdirilmiş, kürənin tәn ortasında Yerusәlim şәһәrinin adı yazılmışdı.
Müasir coğrafi hesablamalara görə isə Yerin mərkəzi Ekvadordadır, çünki dünyanı tən ortadan bölən ekvator xətti bu ölkədən keçir.
Məsəllər, deyimlər►Çox uzaq, əl çatmayan, gözdən-könüldən uzaq bir yer.
İfadə Yerin forması haqqında müxtəlif təsəvvürlərdən qaynaqlanır.
Qәdim zamanlarda bir sıra xalqlar Yerin formasını çox qәribә şәkillәrdә tәsәvvür edirdilәr. Bu təsәvvürlәrdәn birinә görә (mәsәlәn, «Avesta»da), Yer dörd tәrәfdәn okeanlarla әһatә olunmuşdur vә Yerin «bu başından o başına» gedib çıxmaq mümkündür (qәdim yunan filosofu Fales bu fikirdә idi).
Coğrafiya haqqında müasir tәsәvvür isә tamamilə başqadır. Yer kürәsinin heç bir başı-ayağı yoxdur, elmin rәdd etdiyi bu fikir bir sabit ifadә şәklində dildә hәlә dә yaşayır.
İfadә çox qәdimdәn bu günә kimi әdәbi dilimizin müxtәlif üslublarında işlәnmәkdәdir. «Kitabi-Dәdә Qorqud» dastanında göstәrilir ki, Yeynәk әsir düşmüş atasını xilas etmәk üçün Bayandır xandan icazә istәyir. Bayandır xan deyir: «Yerin bir ucundan bir ucuna yetәm deyәm Soğan Sarı (sәninlә) belә varsın».
Məsəllər, deyimlər►İnsan zәkası vә insan әlinin yaratdığı hәr hansı fövqəladə dərəcədə gözəl olan bir şeyi qiymәtlәndirmәk üçün işlәdilən ifadə.
İfadәnin yaranması qәdim dünyanın 7 möcüzәsi ilə əlaqәdardır.
7 möcüzә sırasına bunlar daxildir: Misir ehramları, Babilistanda asma bağlar, Efes şәhәrindәki Artemida mәbәdi, Zevsin Olimpdәki heykәli, Halikarnas şәhәrindә Mavsolun mәqbәrәsi (mavzoleyi), Rodos limanında günәş ilahı Heliosun misdәn tökülmüş nәhәng heykәli və mәşhur İsgәndәriyyә mayakı.
Bəs nә üçün məhz 7 möcüzә? Təbii ki, bu, 7 rəqəminin müqəddəsliyi ilə bağlıdır. Çünki 7 çox-çox qәdimlәrdәn bir sıra xalqlar üçün müqәddәs rәqәm һesab edilirdi. Qәmәri tәqviminә görə 28 günә bәrabәr olan təqvim ayı Ayın dörd fazadan keçmәsi ilә bağlıdır. Bu fazalar isә 7 gündən bir dәyişir. Odur ki 7 gün bir hәftә hesablanır.
Qәdim yunanlar da 7 rәqәminә çox böyük әhəmiyyәt verirdilәr. 7 rәqәmi incәsәnәtin hamisi Apollonun müqәddәs rәqәmi sayılırdı. Qәdim yunan әnәnәlәrinә görә, 7 rәqәmi rәmzi mәna daşıyır: uşaq 7 yaşına çatanda dişlәrini dəyişir, ikinci yeddilikdә һәddi-büluğa çatır; üçüncü yeddilik yetkinlik, kamillik dövrüdür; dördüncü yeddilik çiçәklәnmә, beşincisi evlәnmә, altıncısı ağıllanma dövrüdür. Yeddinci vә sәkkizinci yeddiliklәrdә ağıl vә nitq tam inkişaf edir. Doqquzuncu yeddilikdә igidlik öz yerini müdrikliyә verir, sonuncu yeddilik «ölümü gözlәmә» dövrüdür.
Roma, İstanbul vә Moskva şәhәrlәrinin hәr biri yeddi tәpә üzәrindә salınmışdır.
Məsəllər, deyimlər►Ümumi rəqibə qarşı eyni mövqedən və ortaq maraqlardan çıxış edən fərdlərin və ya qrupların birgə davranışını səciyyələndirmək üçün işlədilən ifadə.
İfadənin təxminən XVI–XVII əsrlərdə Avropa dövlətlərinin Şərq ölkələrinə qarşı apardığı işğalçılıq müharibələri zamanı meydana gəldiyi ehtimal olunur.
Bu ifadəyə yaxın deyim hələ «Manu qanunları» adlanan qədim hind traktatında mövcud olmuşdur. Həmin «Qanun»un VII fəslinin 158-ci maddəsində belə deyilir: «Düşmənin ona düşmən olan yaxın qonşusunu və həmin qonşunun dostlarını öz dostun hesab edə bilərsən». Yəni sənin düşməninin düşməni nəticə etibarilə sənin dostundur. Qeyd edək ki, bu siyasət, ümumiyyətlə, özünü doğrultmuşdur. Yəni bir düşmən dövlətə qarşı vuruşan hər hansı dövlət həmin ölkəyə düşmən münasibət bəsləyən hökmdarlarla ittifaqa girir və beləliklə, rəqibini zəiflətməyə çalışırdı. Orta əsrlərin məşhur hökmdarı Şirvanşah I İbrahimin (...–1417) xarici siyasətdə «düşmənimin düşməni mənim dostumdur» prinsipi ilə davrandığı tarixçilərə məlumdur.
Müasir dövrdə də bu deyim öz aktuallığını saxlayır. Yəni bir sıra ölkələr hər hansı güclü dövlətdən gələn təhlükəni zərərsizləşdirmək üçün həmin dövlətə qarşı olan ölkələrlə ittifaq qurmağa, yaxud eyni mövqedə olan ölkələrlə bir koalisiyada təmsil olunmağa çalışır.
Məsəllər, deyimlər►İdarəçilikdə vətəndaşlar və siyasi opponentlər arasında ayrı-seçkilik qoyulmasını, qanunun gücündən yalnız rəqiblərə qarşı istifadə olunmasını bildirən ifadə.
Peru prezidenti və marşal Oskar Benavidesə (1876–1945) xas olan bu deyim ötən əsrin 60-cı illərindən məşhurlaşmağa başlamışdır.
Latın Amerikasının məşhur siyasi xadimlərindən sayılan O.Benavides 1914–1915-ci illərdə, həmçinin 1933–1939-cu illərdə Perunun prezidenti olmuşdur. O, məşhur deyimi siyasi rəqibi olan müxalifət qüvvələrinə münasibətdə işlətmişdir. İfadəni Latın Amerikası ölkələrinin başqa diktator hakimlərinin adına yazırlar.
Müasir dövrdə bu deyim daha çox siyasi hakimiyyəti əldən vermək istəməyən, siyasi rəqiblərini hər addımda sıxışdırmağa çalışan avtoritar rejimlərin liderlərinə aid edilir. Araşdırmaçıların fikrincə, bütün hallarda bu deyimin özəyi Siseronun «Leliy, yaxud dostluq haqqında» əsərində verilmiş «hamıya ədalət, özününkülərə həm də üzgörənlik» tezisinə gedib çıxır.
Məsəllər, deyimlər►Hər şeyi olduğu kimi doğru-dürüst demәyə, yazmağa və dəqiq göstərməyə, vicdanlı olmağa çağırış məqsədilə işlədilən ifadə.
İfadә böyük satirik şair Mirzə Ələkbər Sabirin «Nә yazım?» şeirindәn qaynaqlanaraq yayılmışdır.
Göstərilən şeirdə M.Ə.Sabir bir şair və söz adamı kimi öz məramını aşağıdakı kimi bəyan edir:
Şairәm, çünki vәzifәm budur әşar yazım,
Gördüyüm nikü bədi eylәyim izһar, yazım,
Günü parlaq, gündüzü ağ, gecәni tar yazım,
Pisi pis, әyrini әyri, düzü һәmvar yazım,
Niyә bәs boylә bərәldirsәn, a qare, gözünü.
Yoxsa bu ayinәdә әyri görürsәn özünü...
Göründüyü kimi, qüdrətli şairin adıçəkilən şeirində ifadə, əslində, «pisi pis, әyrini әyri, düzü һәmvar yazım» şəklində işlənmişdir. Lakin tədricən ifadə indiki şəklini almış və xalq arasında da elə bu cür yayılmışdır.
Sabirin başqa bir şeirindә «şairә lütf olursa, ya azar, pisı pis, yaxşını da yaxşı yazar» misraları işlənir. Bütün hallarda bu ifadə düzgünlüyə, həqiqətə sadiq qalmağa, vicdanlı olmağa çağırışdır.
Bizim günlərdə bu ifadə təkcə mətbuat işçiləri üçün deyil, sosial şəbəkələrdə də hər cür xəbər, şərh, status, məlumat yazmaq və yaymaq imkanı qazanmış hər kəs üçün aktualdır. Yəni bu ifadə təlqin edir ki, insan bir şey yazarkən vicdanlı və dürüst olmağa borcludur.
Məsəllər, deyimlər►Əks cinsdən olan valideynə qarşı şüurlu, yaxud şüursuz cinsi maraq olduğunu bildirən ifadə.
İfadə qədim yunan hökmdarı şah Edipin tarixin yaddaşında qalmış əcaib davranışı ilə bağlı yaranmışdır.
İlk dəfə Ziqmund Freydin psixoanalizə daxil etdiyi bu ifadə şah Edipin davranışının psixi əsaslarını izah etmişdir. Freydin qənaətinə görə, qızına elçi düşən bütün namizədlərə rədd cavabı verməklə atası onu şüurlu olaraq özü üçün saxlamaq niyyətində olmuşdur. Bu davranış isə insan psixikasının mürəkkəblikləri ilə bağlıdır. Freydə görə, bu pozuntunu olduqca fərqli amillər şərtləndirir.
Psixoanalizdə bununla bağlı başqa komplekslər də vardır; məsələn, Kain kompleksinə görə, əgər böyük qardaş kiçik qardaşa daha çox diqqət, sevgi və qayğı göstərildiyinə görə onu qısqanırsa, deməli, o, müəyyən kompleksdən əziyyət çəkir.
Alimlər bu fikirdədir ki, komplekslərin bəzən müsbət tərəfləri də olur, çünki belə komplekslər hərdən insanları fərqli addımlar atmağa sövq edir.
Məsəllər, deyimlər►«Birlik olan yerdә bütün çәtinliklәrin öhdəsindәn gәlmәk mümkündür» mənasında işlədilən ifadə.
İfadə ilk dәfә XVII әsrin əvvəllərindә Cәnubi Azәrbaycanda yaşamış Tufarqanlı Aşıq Abbasın şeirindә işlәnmişdir.
Xalq gücünә, həmrəyliyə, birliyә inam oyadan bu misranın deyilməsindən üç əsr keçsə də, el arasında yaşamış, yayılmış və atalar sözü səviyyәsinәdәk yüksәlmişdir:
Abbas bu sözlәri deyәr sәrindәn,
Arxı vurdur, suyu gәlsin dәrindәn,
El bir olsa, dağ oynadar yerindәn,
Söz bir olsa, zәrbi kәrәn sındırar.
Buradakı «dağı yerindәn oynatmaq» ifadәsinin tarixi çox-çox qәdimlәrә gedib çıxır. Mәnbәlәrin verdiyi mәlumata görә, bu ifadә ilk dәfә «İncil»dә işlədilmiş, sonralar mәzmunca dәyişilәrәk «һәr cür çətinliyin öһdәsindәn gәlә bilmәk» mәnasında dünyanın bir çox dillәrinә yayılmışdır.
Məsəllər, deyimlər►Yəni: vasitəçilik edən adam sadəcə xəbər aparıb-gətirəndir, tərəf deyil, ona qarşı umu-küsü yersizdir, ona toxunmaq, onu cəzalandırmaq olmaz.
İfadә Şәrqdә çox qәdim tarixi olan bir adәtlә əlaqədardır.
Qalib hökmdarlar mәğlubları hәmişә öz əsarətindә saxlamaq üçün onların övladlarını vә ya yaxın adamlarını, bir növ, girov, zaval olaraq öz saraylarında saxlayır, orada yaşamağa mәcbur edirdilәr. Bu mәnada «zaval» sözü «girov» anlayışına uyğun gәlir. Zaval kimi sarayda saxlanan adamlar isә nә qədər olsa da, özlәrini azad, sәrbәst hesab edә bilmirdilər, yad mühitdә aciz, yazıq görkәm alırdılar, buradan da «zavallı» sözü meydana gәlmişdir.
Elçi sifәti ilә göndәrilәn şәxs isә zaval olaraq saxlanıla bilmәzdi. «Elçiyә zaval yoxdur» ifadәsi bu adətlә bağlıdır. Bununla әlaqәdar dilimizdә «zaval getmәk», «zaval aparmaq», «zavala gәlmәk» ifadәlәri yaranmışdır.
Tarixdәn mәlumdur ki, e.ə. 659-cu ildə Manna hökmdarı Ahşeri Assuriya ilә müharibәdə öldürülür. Onun oğlu Yalli isә qaliblәrlә sülh bağlayır vә zaval olaraq öz oğlunu vә qızını Aşşurbanipalın hüzuruna (sarayına) göndәrir.
İfadə bu gün də öz aktuallığını saxlayır və beynəlxalq hüquqda səfirlərin, «sülh elçiləri»nin, sülhməramlı qoşunların, xüsusi elçilərin, humanitar yardım aparanların toxunulmazlıq hüququ xüsusi maddə ilə təsbit olunur.
Məsəllər, deyimlər