►Hәddi-büluğa çatmaq, yetişmək, böyümək, özünü tanımaq.
İfadə qədim xalqlarda evlənmək adətləri ilə bağlı yaranmışdır.
Qәdim qәbilәlərin bir әlamәti də qan qoһumluğu idi. Bir neçә tirədәn tәşkil edilən qәbilә üzvlәrinin zәnnincә, onlar һamısı eyni bir (ulu) babanın törәmәlәri olduğundan tirәnin (vә ya qәbilәnin) daxilindә evlәnmәk vә ya әrә getmәk qadağan һesab olunurdu. Odur ki bir qәbilәnin qızları yalnız başqa tirәnin (vә ya qәbilәnin) oğlanlarına әrә gedә bilәrdilәr. Ona görə də ərə getmәk vaxtı çatan qızlar rәmzi məna daşıyan vә adәtәn, kәnddәn, yaşayış mәskәnindәn bir qәdәr uzaqda yerlәşәn «Qızlar bulağı» adlı çeşmənin başına toplaşar, orada yuyunar, bәzənәr, özünə ömür-gün yoldaşı seçәrdilәr. Günortaya yaxın gәnc oğlanlar da bu bulağa gələrdilər. Hәr kәs әlindә gül, alma vә s. aparar, ürəyində istәdiyi, sevdiyi qıza tәqdim edərdi. Oğlanın hәdiyyəsini almamaq onu rәdd etmək sayılardı.
Dilimizdә işlәnәn «alma atmaq», «əyil dәsmalın götür», «bizә gül göndәrәn yar» vә s. ifadәlәr, hәr halda, bu cәhәtdәn maraqlıdır.
Qızlar bulağı ilә әlaqәdar olan adәtlərin izlәri dilimizdә bir sıra ifadәlәrdә yenə də yaşamaqdadır.
Məsəllər, deyimlər►İntiqama, qisas almağa, əvəz çıxmağa səsləyən və ona bəraət qazandıran ifadə.
İfadә qədim qəbilələr və insanlar arasında mövcud olmuş intiqam qanunlarından qaynaqlanaraq yayılmışdır.
Əslində, ifadənin kökü daha qәdimlәrə gedib çıxır. Qәdim intiqam, qisasçılıq qanununa görә, göz çıxaranın gözü çıxarılmalı, diş sındıranın dişi sındırılmalı, xülasә, şәxs nә cinayәt etmişsә, һәmin iş onun öz başına gәtirilmәli idi. Ümumiyyətlə, qan intiqamı çox qәdim qәbilә hәyat tәrzi ilә әlaqədar olmuş, bir sıra xalqlarda özünü göstәrmişdir. Səmavi dini kitablarda, o cümlədən «İncil»də və «Quran»da da intiqam məsələsi öz əksini tapmışdır.
Mәlumdur ki, islam dini әrәblәrə mәxsus bir sıra ictimai hüquqi vә ailә-mәişәt normalarını qanun şәklinә salmışdır. Şәriәtin belә qәbul edib qanunlaşdırdığı davranış normalarından biri dә cinayәtkarın cәzalandırılması qanunudur. Bu cәzanın dörd növü müәyyәn edilmişdir ki, onların birincisi intiqam (qisas) qanunudur. Başqa sözlә, etdiyi əmәli şәxsin öz başına gәtirmәk: ölüm әvәzinә ölüm, təhqir әvәzinә tәhqir, yaralamaq әvәzinә yaralamaq və s. Özü dә bu qisası zәrәrçəkmiş özü vә ya qohumları alır, ya da bu vәzifә Allahın öhdәsinә buraxılırdı.
Xalqımızda bu adәtә qarşı «qanı qanla yumazlar, qanı su ilә yuyarlar» deyimi vardır. Bununla belə, klassik vә müasir әdәbi dilimizdә bu adәtin izləri özünü hələ də göstәrmәkdәdir.
Məsəllər, deyimlər►Heç kimin tanımadığı, məclislərdə özünü sәrbәst və ərköyün aparan, hәrәkətlәrinә hədd qoymayan adamlar haqqında istehza ilə işlədilən ifadə.
İfadə XX əsrin əvvəllərində Bakıda yaşamış mәşһur qoçulardan biri sayılan Nəcəfqulunun adı ilə bağlıdır.
Deyildiyinә görә, әslən Maştağa kəndindən olan qoçu Nəcəfqulu kifayət qədər cəsur və ədalətli adam kimi tanınırmış, haqqı nahaqqa verməzmiş. Məşhur «O olmasın, bu olsun» bәdii filmindә qoçu Әsgәrin prototipi qoçu Nәcәfquludur.
Qoçu Nәcәfqulu bir də Bakı camaatının uzun müddәt yadından çıxmayan çox mәşhur keçisi ilə yadda qalıb. Deyilənə görə, Nәcәfqulunun bu keçisini o qәdәr harın böyütmüşdülәr ki, qabağına nә gәldi buynuzu ilә vurub-dağıdırdı. İllaһ da keçi bazara girәndə aləm bir-birinə dəyərmiş. Quba meydanında (indiki Füzuli meydanı) dükançılar bu «mәşhur» keçini görәn kimi dәrhal dükanı bağlayıb harasa yoxa çıxırdılar. Heç kimin keçiyə toxunmaq, onu qovmaq ixtiyarı yox idi. Belə bir addım atanı Nəcәfqulu dәrhal cəzalandırardı.
Məsəllər, deyimlər►Adına nə deyilməyindən asılı olmayaraq səviyyəsiz, nadan adamların axmaqlığını göstərmək üçün işlədilən ifadə.
İfadə el arasında yayılmış bir rəvayətlə bağlı yaranmışdır.
Bir kənddə Məhəmməd adlı kişi yaşayırmış. Çox kobud və qanmaz olduğundan kənd əhli onu «Eşşək Məhəmməd» çağırarmış. Bu isə kişinin qohum-qardaşına, xüsusən arvadına çox pis təsir edirmiş. Onlar camaata nə qədər yalvar-yaxar edib bu rüsvayçı ləqəbi Məhəmmədin üstündən götürmələrini xahiş edirlərsə də, bir nəticə vermir. Axırda kənd cavanlarından bir neçə nəfər toplaşıb Məhəmmədin yanına gəlir və şərt qoyur:
− Bir yaxşı qonaqlıq versən, bu adı sənin üstündən götürüb başqa ad qoyarıq.
Məhəmməd sevinir, təmtəraqlı bir qonaqlıq təşkil edib kənd cavanlarını və ağsaqqallarını çağırır. Yeyib-içib şadlıq edirlər, nəhayət, söhbət Məhəmmədin ləqəbindən düşəndə hörmətli qonaqlardan biri deyir:
− Qardaşlar, Məhəmmədin üstündən «eşşək» ləqəbini götürək deyə bu qədər xərc çəkib qonaqlıq vermişdir. Mən onun üzərindən bu ləqəbin götürülməsini və onun əvəzində ona «qoduq» ləqəbi verilməsini təklif edirəm!
Hamı bu fikirlə razılaşır. Qonaqlar dağıldıqdan sonra Məhəmməd sevinərək o biri evə arvadının yanına gəlir və əhvalatı ona danışır. Arvadı Məhəmmədə qulaq asdıqdan sonra deyir:
− Ay kişi, başına kül olmasın, daha nəyə sevinirsən, qoduq da axırda böyüyüb eşşək olacaq da.
Ona görə də bizim günlərdə düçar olduğu vəziyyətdə elə bir böyük dəyişiklik olmadığı halda nahaq yerə sevinib şadlanan adamların axmaqlığını göstərmək məqsədilə bu məsəldən istifadə olunur.
Məsəllər, deyimlər►Həddindən artıq çətin, qarışıq, xeyli dolaşıq, çox mürəkkəb olan bir şey, həlli müşkül görünən bir məsələ haqqında işlədilən ifadə.
İfadə qədim yunan rəvayətlərində haqqında arabaçı və çar kimi bəhs olunan Qordinin adından qaynaqlanır.
Həmin rəvayətə görə, e.ə. IX əsrdə Frigiya çarlığında (Kiçik Asiya) baş verən daxili qarışıqlıq zamanı «növbəti çar kim olacaq» sualına kahin belə cavab verir: «Zevsin məbədinə araba ilə birinci kim gəlsə, onu da çar seçəcəyik».
Elə bu vaxt Qordi adlı bir kəndli öz arabası ilə oralara gəlib çıxır və dərhal da çar elan edilir. Qordi öz arabasını Zevsə hədiyyə edir, özü də arabasının qoşqusunu dirəyə olduqca mürəkkəb düyünlə bağlayaraq uclarını elə məharətlə gizlədir ki, açmaq mümkün olmasın. Kahin bu düyünü açanın bütün Şərqin hökmdarı olacağını elan edir. Ancaq bir neçə əsr ərzində bu düyünü açmaq üçün göstərilən cəhdlər bir nəticə vermir.
E.ə. 334-cü ildə Makedoniyalı İsgəndər yunanların nəzərində «bütün Şərqi» təcəssüm etdirən Əhəmənilər imperiyasını fəth etmək üçün Kiçik Asiyaya daxil olur, bir ildən sonra qədim Frigiyanın paytaxtı Qordiuma yaxınlaşır (hərçənd bu dövlət artıq mövcud deyildi). Qordi düyünü hələ də burada, Zevsin məbədində idi.
Şəhəri gəzib hər şeylə maraqlanan İsgəndər Qordi düyününü görəndə onun nə olduğunu soruşur. Ona bu düyünü açanın bütün Şərqi fəth edəcəyini deyirlər. İsgəndər qılıncını qınından çıxararaq bircə zərbə ilə düyünü kəsir.
«Bu məsələni mən belə həll edəcəm», – deyərək Şərqin fəthini davam etdirir. Bundan sonra «Qordi düyününü kəsmək» kəlməsi ilk baxışdan həlli mümkün olmayan məsələnin güc yolu ilə çözülməsini ifadə etməyə başladı.
Məsəllər, deyimlər►Hər şeyin asanlıqla əldə edildiyini düşünən, heç nəyə ciddi əhəmiyyət verməyən düşüncəsiz adamlar haqqında işlədilən ifadə.
Keçmiş zamanlarda ömründə ilk dəfə şəhərə gəlmiş bir çoban bazarda satılan şeylərə tamaşa edirdi. Dünyanın ən ləzzətli yeməli və ən gözəl geyməli şeylərini qabağına düzüb mat-mat baxan «səfeh adamlara» təəccüblənir, onların bu qəribə hərəkətinə ürəkdən gülürdü. Nəhayət, ləpə satılan yerdə satıcının kor olduğunu zənn edib barmaqlarını dükançının gözlərinə soxmaq istəyir. Dükançı diksinib çobandan soruşur:
− A kişi, dəli olmamısan ki, gözümü niyə çıxarırsan?
Çoban təəccüblə ona baxıb deyir:
− Bəs sən kor deyilsən?
Dükançı əsəbi halda cavab verir:
− Kor niyə oluram, lap yaxşı görürəm.
Çoban gülümsəyə-gülümsəyə soruşur:
− İndi ki kor deyilsən, ətrafında olanları yaxşı görürsən, bəs bu ləzzətli şeylərdən niyə yemirsən?
Dükançı əhvalatı başa düşüb deyir:
− Axı mayama zərər edər!
Çoban bunu eşidən kimi ovcunu ləbləbi-kişmişlə doldurub yeməyə başlayır və etinasız vəziyyət alaraq:
− Razıyam, qoy mənim mayama zərər eləsin, – deyir.
Məsəllər, deyimlər►Pis, yaramaz, çirkin niyyәtini yaxşılıq, məsumluq pәrdәsi altında gizlədən ikiüzlü, riyakar adamları sәciyyәlәndirmәk üçün işlәdilən ifadə.
İfadə «İncil»dәn götürülərək qәdimdәn bәri Şәrqdә vә Qәrbdә geniş yayılmışdır.
İnsani münasibətlərdə ikiüzlülüyü, saxtakarlığı və riyakarlığı diqqət mərkəzinə gətirən bu məsəl haqqında çoxlu rəvayətlər vardır. Amma onların hamısını bir motiv birləşdirir: özünü üzdə yaxşı göstərib əsl niyyətini gizlədən, fürsət düşdükdə isə canavar kimi davranan bədniyyət adamlardan uzaq durun, kiminlə münasibət qurduğunuzun fərqində olun.
Mirzə Fətəli Axundzadənin «Kәmalüddövlә mәktubları»nda (1875) deyilir: «...Bir para cüvәllağı, bir para qoyun donunda olan qurdlar vә şarlatanlar özlәrinin beşgünlük mәnfәәti üçün bir böyük millәti illәrlә әqidəyi-batilәdә saxlayıblar» («İkinci mәktub»dan).
İfadə bu günümüz üçün də çox aktualdır və xüsusən qəzet yazılarında, bəzi vəzifəli şəxsləri tənqid edən publisistik materiallarda tez-tez rast gəlinir.
Məsəllər, deyimlər►Öz ağlı ilә deyil, başqalarına baxıb kor-koranə hәrəkәt edən, öz haqqını qoruya bilməyən fərdləri və ya insan qruplarını səciyyələndirmək üçün işlədilən ifadə.
İfadә Fransa yazıçısı Fransua Rablenin (1494–1553) «Qarqantua vә Pantaqruel» romanından qaynaqlanaraq yayılmışdır.
Romanda tәsvir olunur ki, Panurq gәmidә bir sürü qoç aparan Hinduşka adlı tacirlə rastlaşır, sözləri düz gəlmir və onunla söyüşür. Tacirin kobud davranışını bağışlamayan Panurq tacirin ən kök qoçlarından birini çox baha qiymətə alıb dənizə atır. Qalan bütün qoyunlar da bunun dalınca dənizə tullanır və beləliklə, sürünün hamısı dəryada qərq olur.
Bu əhvalat qədim Avropa nağıllarında da vardır. Əsərdə həddindən artıq qorxaq, ağlağan, çığırğan adam kimi təsvir olunan Panurqun adı qədim yunan mifologiyasındakı meşə allahı Panla əlaqədardır. Yarıinsan, yarıheyvan şəklində keçidırnaqlı, uzunsaqqalı və buynuzlu təsəvvür edilən Pan daim çaxnaşma törədir ki, «panika» sözü də buradandır.
Üzeyir Hacıbəylinin «Ha fikir edirəm, başa düşmürəm!» felyetonunda deyilir: «Ay Filankəs... yadındadırmı ki, sən məni ələ salıb söyləyirdin ki, bəli, şəhərimizdə camaat öz xeyir və şərini anlayıbdır, öz dost və düşmənini tanıyır və mən də sənə deyirdim ki, balam, vallah, inanma, onlar hələ qoyun sürüsüdür».
Məsəllər, deyimlər►Birinə iş görməyə, düşündüyünü gerçəkləşdirməyə imkan verməyəndə istehza ilə işlədilən ifadə.
Dilimizdə kifayət qədər geniş yayılmış bu maraqlı ifadə «Mozalan» satirik kinojurnalından götürülmüşdür.
Jurnalın «Arzu» adlı süjetində sərxoş adam (aktyor – Fazil Salayev) metroya girmək istəyir. Lakin heç vaxt ayıq olmadığı üçün bu arzusuna çata bilmir, yəni milis işçiləri onu metroya buraxmırlar.
Növbəti dəfə də sərxoş halda metroya daxil olmaq istəyərkən milis nəfəri onu yenə yaxalayır. Bu dəfə də metroya girməyin mümkünsüzlüyünü görən adam milisə metro, onun necə olması, qatarların hərəkəti barədə suallar verir. Ömründə metro görməyən, onun nə olduğunu bilməyən bu adamın suallarından heyrətlənən milis:
– A kişi, neçə ildir ki, Bakıda metro açılıb, sən hələ minməmisən? – deyə soruşur.
– Qoyursunuz ki! – deyə adam dərin təəssüfünü bildirir.
Məsəllər, deyimlər►İncitmək, sıxışdırmaq, davamlı izləmək, təzyiq etmək, möhkəm tənqid etmək.
İfadə ucuz ağcaqayın ağacından müəyyən əşyalar düzəldib satan dülgərlər arasında meydana çıxaraq yayılmışdır.
Satış üçün material hazırlayan dülgərlər rənglərdən bacarıqla istifadə edərək istənilən ağac materialını qoz, palıd, yaxud qırmızı ağaca oxşadırdılar. Təbii ki, rəngləri də həmin ağacların qabığından alırdılar. Qoz qabığından alınan rəng daha effektli olur və məhsul daha yaxşı satılırdı.
Beləliklə, «qoz qabığına soxmaq» ifadəsi ortaya çıxmışdır. İfadə əvvəllər məcazi mənada «bir işi yaxşı görmək» anlamında işlədilirdi. Lakin sonra mənfi çalarda işlənməyə başladı.
Hazırda «qoz qabığına soxmaq» tez-tez «nəyə görə isə möhkəm söymək, acılamaq, tənqid etmək» mənasını verən «heç eləmək», «zibilə döndərmək», «daşı daş üstündə qoymamaq» və s. ifadələrlə eyni səviyyədə işlənir.
Məsəllər, deyimlər►Son akkordu, son məqamı, istedadın sonuncu tәzahürünü bildirmək üçün işlədilən ifadə.
İfadə qu quşu haqqında ovçu hekayətlərindən qaynaqlanır.
Bir sıra qәdim xalqların inamına görә, qu (qu quşu, sona) ölümündәn әvvәl xüsusi bir mәlahәtlә ötür. Elm bunu təkzib etsə də, bədii ədəbiyyat nümunələrində bu hekayətin təsirləri yaşayır. Hələ Ezopun tәmsillәrindә vә digәr yunan müәlliflәrinin əsәrlәrindә bu barәdә çoxlu qeydlәr vardır.
«Qu nәğmәsi» anlayışı klassik әdәbiyyatımızda «naleyi-qaz» ifadәsi ilә әks etdirilirdi vә tamamilә fәrqli mәnaya («inandırıcı olmayan», «yalan») gәlirdi. M.F.Axundzadənin «Kәmalüddövlə mәktubları»nda deyilir: «Amma nәqli-Xizr bəistilaһi-türk, naleyi-qazdır: dirilik suyu harda idi ki, Xizr içәydi, diri qalaydı?»
Müasir dövrümüzdə bu ifadə bədii ədəbiyyat nümunələrində, xüsusən poeziyada daha çox işlənir.
Məsəllər, deyimlər►Söz verib vədindən qaçan yalançı və lovğa adamları, dil pəhləvanlarının davranışını səciyyələndirmək üçün işlədilən ifadə.
İfadə Mirzə Cəlilin məşhur «Qurbanəli bəy» (1907) hekayəsindən sonra yayılmağa başlamışdır.
Mövzusu Azərbaycan mülkədarlarının həyatından alınmış bu hekayənin baş qəhrəmanı «Qapazlı» kəndinin mülkədarı Qurbanəli bəydir. Yazıçı onun lovğa təbiətini, mənəvi yoxsulluğunu və nadanlığını pristavın arvadının ad günü münasibətilə keçirilən ziyafətdəki hərəkətləri ilə, o cümlədən pristava dediyi «Naçalnik ağa, sən bizim başımızın sahibisən... Qurban sənə mənim canım, nə qədər ki mən sağam, nökərəm sənə» cümləsi ilə açır.
Qurbanəli bəy içkinin təsirindən tamam keflənərək ağaları və xanımları öz evinə qonaq çağırır. Amma sonra bunu unudaraq heç kəsə heç nə demədən sərxoş halda yıxılıb yatır. Səhəri gün qonaqların təşrif gətirdiyini biləndə vəziyyətdən çıxmaq üçün qaçıb tövlədə, at axurunda gizlənir və bu hərəkəti ilə daha gülünc vəziyyətə düşür. Qonaqlar dünən onun təriflədiyi atlarına baxmaq üçün tövləyə girib Qurbanəli bəyin axurda gizləndiyini görürlər.
Bu günün özündə də verdiyi sözdən qaçan adamı Qurbanəli bəyə, onun davranışını isə «Qurbanəli bəyin qonaqlığı»na oxşadırlar.
Məsəllər, deyimlər►Hәddәn artıq çox yaşamaq, ömrü uzun olmaq, kaftarlaşmaq, ölmәmәk, əbədi mövcud olmaq.
İfadə türk xalqlarının əfsanə və rəvayətlərindən qaynaqlanır.
Qiyamәtә yaxın yer üzündәki bütün adamların ölüb gedәcәyi, yalnız qarı ilә qurdun qalacağı haqqında mövhumi əqidə əksər xalqlarda da mövcuddur.
Qәdim türk xalqlarının təsəvvürlərinə görə, qurd müqәddәs (və buna görә dә ölməz, qiyamәtә qәdәr yaşayan) heyvan, totem hesab edilmiş, bununla bağlı çoxlu әfsanә vә rәvayәtlәr olmuşdur. «Kitabi-Dәdә Qorqud» dastanında «qurd üzü mübarәk» hesab edilir. Qәdimdә qurdların insanı hәr cür bәladan, fәlakәtdәn qoruya bildiyi һaqqında inam yayılmışdı. Qədim türk xaqanlarının yanına müxtәlif yerlәrdәn gәlәn elçilәr yalnız üzərindә qurd rәsmi olan bayrağa tәzim etdikdәn sonra qəbul olunurdular.
Avropanın bir çox xalqları da qurdu müqәddәs saymışlar. Qәdim Roma şәhәrinin әsasını qoyan Romul vә Rem qurd südü ilә bәslәnmişlәr. Romalılar müharibә ilaһı Marsı qurd şәklindә tәsәvvür edirdilәr. Qәdim almanların da sitayiş obyekti qurd imiş. Qurdun müqәddәslik rəmzi sayılmasına qәdim rus, ukrayna, gürcü, abxaz, avar, kürd xalqlarında da rast gəlinir.
Bu ifadədəki qurd ilә qiyamәtә qalacaq qarı (nәnә, ana), әslindә, ana torpağı (Yeri) tәmsil edir.
Məsəllər, deyimlər►Sülh, sakitlik və әmin-amanlıq olduğunu bildirmək üçün işlədilən ifadə.
İfadə yәhudilәrin müqәddәs kitabı «Tövrat»dan qaynaqlanır.
Həmin kitabda göstәrilir ki, bir zaman dünyaya әdalәtli bir şah gәlәcәk, yer üzündә haqq-ədalət zəfər çalacaq, dinclik və əmin-amanlıq olacaq, heç kim incidilməyəcək, bütün zülmlәrin kökü kәsilәcәk, qurd quzu ilә otlamağa başlayacaq.
Bu vasitә ilә din xadimlәri xalqın başının altına yastıq qoyur, onu arxayınlaşdırır, xəyallarla yaşamağa vadar edir, yaxşı gün uğrunda mübarizәdәn çәkindirmәyә çalışırdılar.
Buna bənzər fikirlər islamda, xristianlıqda, hətta buddizmdə də vardır. Onların yaratdığı təsəvvürə görə, dünyada ədalətsizlik baş alıb gedəndə İsa peyğəmbər, Sahibi əz-Zaman, Krişna yenidən qayıdacaq, dünyada ədaləti, əmin-amanlığı bərpa edəcəkdir.
Bizim günlərdə bu ifadə dinclik, sakitlik, əmin-amanlıq, qarşılıqlı anlaşma olan davasız yerləri səciyyələndirərkən işlədilir.
Məsəllər, deyimlər►Həç nədən qorxmamaq, riskə getmək, hədsiz dərəcədə cəsur, mərd və cürətli olmaq.
İfadə qədim türklərin və oğuzların qurda sitayişindən qaynaqlanır.
Tarixən qurda sitayiş edən qədim türklər və bəzi oğuz qəbilələri onu özlərinin himayədarı hesab edirlər. Vaxtilә türk xalqlarında qurd bir totem hesab edilirdi. Bəzi təsəvvürlərə görə, türklərin qaranlıqdan işıqlı dünyaya çıxmasının səbəbkarı qurddur. Buna görə qədim türk şüurunda qurd müqəddəs sayılırdı. Firdovsinin «Şahnamə»də «qurd başlı türk» haqqında mәlumat verməsi təsadüfi deyildir.
Hətta bəzi türk və monqol boyları nəsillərinin qurddan törəməsinə inanırlar. VI əsrə aid olan türk yaşayış məskənində qurddan süd əmən uşağın təsvir olunması qədimdə «qurddan törəmə» inancının dərin kök saldığını sübut edir. Qədim mifologiyalarda qurdun bir çox nəcib xüsusiyyətləri ilə yanaşı, onun döyüşkən, azadlıqsevər, məğrur, heç kimə baş əyməyən, cəsur olması sadalanır. Məhz bu keyfiyyətlər qədim türklərin şüurunda qurdu cəsurluq və qorxmazlıq simvoluna çevirmişdir.
Qədim türk və monqol tayfalarının, qəbilə və dövlətlərinin bir çoxunun döyüş bayraqlarında qurd şəklinin olması bu inamla bağlı idi. Qurda sevginin izləri bu gün də Türkiyədə və digər türk ölkələrində yaşamaqdadır.
Məsəllər, deyimlər