►Hәddәn artıq çox yaşamaq, ömrü uzun olmaq, kaftarlaşmaq, ölmәmәk, əbədi mövcud olmaq.
İfadə türk xalqlarının əfsanə və rəvayətlərindən qaynaqlanır.
Qiyamәtә yaxın yer üzündәki bütün adamların ölüb gedәcәyi, yalnız qarı ilә qurdun qalacağı haqqında mövhumi əqidə əksər xalqlarda da mövcuddur.
Qәdim türk xalqlarının təsəvvürlərinə görə, qurd müqәddәs (və buna görә dә ölməz, qiyamәtә qәdәr yaşayan) heyvan, totem hesab edilmiş, bununla bağlı çoxlu әfsanә vә rәvayәtlәr olmuşdur. «Kitabi-Dәdә Qorqud» dastanında «qurd üzü mübarәk» hesab edilir. Qәdimdә qurdların insanı hәr cür bәladan, fәlakәtdәn qoruya bildiyi һaqqında inam yayılmışdı. Qədim türk xaqanlarının yanına müxtәlif yerlәrdәn gәlәn elçilәr yalnız üzərindә qurd rәsmi olan bayrağa tәzim etdikdәn sonra qəbul olunurdular.
Avropanın bir çox xalqları da qurdu müqәddәs saymışlar. Qәdim Roma şәhәrinin әsasını qoyan Romul vә Rem qurd südü ilә bәslәnmişlәr. Romalılar müharibә ilaһı Marsı qurd şәklindә tәsәvvür edirdilәr. Qәdim almanların da sitayiş obyekti qurd imiş. Qurdun müqәddәslik rəmzi sayılmasına qәdim rus, ukrayna, gürcü, abxaz, avar, kürd xalqlarında da rast gəlinir.
Bu ifadədəki qurd ilә qiyamәtә qalacaq qarı (nәnә, ana), әslindә, ana torpağı (Yeri) tәmsil edir.
Məsəllər, deyimlər