Sel, sel suyu. (“Koroğlu” dastanının lüğəti)
Sel axan yer, dərə mənasında da işlənir.
Dalısına məxmər çullar biçdiyim,
Seylab kimi al şərabü içdiyim,
Koroğlu der beş yüz atdan seçdiyim,
Qırat, məni Çəmlibelə yetir, hey!
(Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıFarsca “it” mənasını verən səg və ərəb mənşəli rəqib sözlərindən əmələ gəlib, it rəqib, it xasiyyətli rəqib, ümumiyyətlə, rəqib mənasını verir. (“Koroğlu” dastanının lüğəti)
Dialektlərdə seyrəqub “xəbərçi, araqarışdıran” mənalarında işlənir. Dastanlarda müxtəlif fonetik variantlarda rast gəlinir: Xalq arasında şoğərib şəklində də işlənir.
Koroğlunun ərliyiynən,
Seyrağıbın korluğuynan,
Gözəllərin birliyiynən,
Qoy tökülsün şux tellərin!
(“Koroğlunun Qars səfəri”) (“Koroğlu–Hümmət”)
Azərbaycan dastanlarının leksikasıfars
Yüz (adətən, afərin, mərhəba, heyif sözləri ilə işlənir). (“Koroğlu” dastanının lüğəti)
Səd afərin qaynağına, coşuna,
Yağı düşmən gələ bilməz tuşuna,
Koroğluyam, oğul, dönüm başına,
Koroğlu deyilən igid mənəm, mən!
(“Koroğlunun Dərbənd səfəri”)
Barakallah, səd mərhəba!..
Tez gələn beləmi əyləni?
Yaxşı yaradız qulluğa,
Tez gələn beləmi əyləni?
(“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikasıərəb.
Bəzi balıqqulağıların iç qatını təşkil edən bərk maddə.(“Koroğlu” dastanının lüğəti)
Sazı bəzəmək üçün istifadə olunur.
Qoşun çıxdı Çənlibelin düzünə,
Qurban olum şagirdinin gözünə,
Xırda sədəf doğra sazın üzünə,
Usta, qulun ollam, al düzəlt sazı!
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Şagird durub köhnə bir saz gətirdi. Koroğlu baxıb gördü kara gələn saz deyil, dedi:
– Ustad, mənə sədəfli, burğulu bir saz ver.
Yaqub əsəbiləşib dedi:
– ... bəyəm Koroğlusan ki, sədəfli, burğulu yüz tümənlik saz istəyirsən? (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikasıBax: sadaq. (“Koroğlu” dastanının lüğəti)
İgid odu dava günü ovxanı,
Ağasınnan öncə sala qovğanı,
Siyirə qılınc, üzə çəkə qalxanı,
Səksən oxu sədəqinnən boşana.
(Paris nüsxəsi, 12-ci məclis)
İzlənəndə köşək izi izlənir,
Bəslənəndə ardı-ögi düzlənir,
Paçasında sədəqlilər gizlənir,
Könül bu bədövün sevdasındadı.
(Paris nüsxəsi, 6-cı məclis)
Azərbaycan dastanlarının leksikasıərəb.
Hökumət başçısı. (“Koroğlu” dastanının lüğəti)
Laf eyləmə, Aslan paşa,
Sədrəzəm qaçdı sandım.
Havadakı humay quşlar
Yuvasından uçdu sandım.
(“Durna teli”)
(Aslan paşa) Meydanın başında taxt qurdurub əyləşmisdi. Elə hey üzünü sədrəzəmə tutub deyirdi:
– Dayan, gör xotkar bizə nə ənamlar göndərəcək… (“Durna teli”)
Amma bu tərəfdən də fikirləşirdi ki, Qırat gəlsə Koroğlu basılacaq. Onda da ki, sədrəzəmlik ona çatacaq. (“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikasıfars. səg
İt. (“Koroğlu” dastanının lüğəti)
Sək və rəqib sözü çox zaman birlikdə müxtəlif fonetik şəkillərdə işlənir, bax: seyrağıb.
Koroğlu der: aləmləri yaradan,
Sək rəqibi həq götürsün aradan.
Hayqıranda Qırat sıçrar Toradan,
Dörd yanımız olsa hayıl, Eyvazxan!..
(Əndəlib Qaracadaği. “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikası