lat. originalis – ilkin > origo – mənşə
Əsәrin әsli, әlyazması, müəllif variantı.
Əsərin O.-ı qədim dövrlərdə xəttatlar, sonralar isə nəşriyyat redaktorları tərəfindən kitab halına salınmazdan əvvəl müəyyən dəyişikliyə uğrayırdı. Ona görə də əsərlərin O. nüsxələri akademik nəşrlər zamanı mətnşünasların ən çox müraciət etdiyi mənbələrdir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBir çox xalqların ədəbiyyatında və ya sənətkarların yaradıcılığında rast gəlinən eyni süjetlər əsasında yazılmış bədii əsərlər.
Şərqdə geniş yayılmış “Sindibadnamə”, “Bəxtiyarnamə”, “Tutinamə”, “Min bir gecə nağılları”, “Yüz bir gecə nağılları” və s. əsərlər O.S.-ə malikdir. Azərbaycan ədəbiyyatında “Leyli və Məcnun”, “Dəhnamə”, “Yusif və Züleyxa” adı ilə yazılmış bir çox əsərlər vardır ki, O.S. əsasında yaradılıb. Qədim yunan yazıçısı Ezopun təmsillərindəki motiv və süjetlərə bir çox yazıçı və şairlərin yaradıcılığında rast gəlinir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiOvçuluqla bağlı oxunan əmək nəğmələri.
Ovçunun özünün söylәdiyi, elәcә dә ona ünvanlanan nәğmәlәrdir. Belə nəğmələrdə ova yola salmaq, gözləmək, qarşılamaq kimi mövzulara toxunulur. Ovçuluğun maldarlıqdan və əkinçilikdən əvvəl mövcud olduğunu nəzərə alsaq, O.N. ən qədim әmәk nәğmәlәrinә aid edilir. O.N. müxtәlif bədii formalara malikdir vә yalnız mövzusuna görә müәyyәnlәşdirilir. Bu nəğmələr, əsasən, tuluqda, tütəkdə çalınan havalarla müşayiət olunub.
Ova gedən,
Ovun tuş.
Ovun olsun
Maral, quş...
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞamanizm vә ibtidai təsәvvürlәrlә bağlı şeir, nəğmə, söyləmə.
Hәcm vә ölçüsü sabit olmayan O.N. yalnız müәyyәn şәraitlә әlaqәdar icra olunan ayin və mәrasimlәrdə söylənilirdi. Gözəgәlmә, doğum və s. ilә bağlı oxunan nəğmələr O.N.-dir; məsələn:
Üzәrliksәn, havasan,
Min bir dәrdә davasan,
Balama göz vuranın
Gözlәrini ovasan.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti