Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kabel televiziyası

Televiziya və radio proqramlarının müəyyən ərazidə kabel ­va­sitəsilə və ya efir-kabel üsulu ilə yayım­lan­ması modeli.

K.T. Avropa və ABŞ-da 1980-ci illərdən genişlənməyə başlayıb. Cənubi Qafqazda ilk K.T. 1997-ci ildə Azər­baycanda fəaliyyətə başlayıb. Onun efir televiziyasından fərqi yayım siqnalının da­ha yüksək keyfiyyətini təmin etməsində, abunəçinin fərdi tələbatından asılı olaraq ona çoxlu sayda kanallara baxmaq imkanı yaratmasındadır.

Jurnalistika terminləri lüğəti

kabel televiziyası abonenti

Kabel televiziyası operatoru ilə müvafiq xidmətin göstərilməsi üçün müqavilə bağlamış is­ti­fadəçi.

Jurnalistika terminləri lüğəti

kadr tezliyi

Filmin, verilişin çəkilişi, yaxud nümayişi vaxtı vahid zaman kəsiyində də­yişən kadrların sayı.

Bu anlayışdan  hə­rəkət edən obyektin çəkilişini ilk dəfə hə­yata keçirən ingilis fotoqrafı Edvard Maybric 1870-ci illərdə istifadə edib. Ümumi qəbul olunmuş K.T. vahidi bir saniyə ər­zində dəyişən kadrların sayıdır. 1926-cı ildə K.T. Amerika kino kom­pa­niyaları tərə­findən standartlaşdırılıb – saniyədə 24 kadr. Standart seçilərkən çəkiliş vaxtı böyük lent sərfiyyatına yol vermədən ekranda hərəkətin, səsin təbii­liyini təmin etmək vəzifəsi əsas götürülüb. Avropa stan­dartı ABŞ standartından minimal dərəcədə fərq­lənir – saniyədə 25 kadr. Televiziyada isə müxtəlif sistemlərdən (saniyədə 25–30 kadr) istifadə olunur. Buna görə də kino əsərlərini televiziyada nü­mayiş üçün ­hazır­layarkən onların K.T.-ni mürəkkəb tex­nologiya üzrə «redaktə» edirlər. Eyni za­manda çəkiliş vaxtı K.T.-ni qəsdən ar­tırmaq, yaxud azaltmaqla televiziyada xüsusi ef­fekt­lərə nail olurlar.

Jurnalistika terminləri lüğəti