ing. file – səhifə, qovluq + ing. server < serve – xidmət etmək
Böyük həcmdə informasiyanın toplanması və saxlanmasını təmin edən server.
F-S. mərkəzləşdirilmiş «informasiya anbarı» rolunu oynayır, eyni zamanda o, şəbəkəyə qoşulmuş istifadəçilərin lazımi məlumatlara fasiləsiz çıxışına imkan yaradır, zədələnmiş faylları bərpa edir.
Jurnalistika terminləri lüğətifr. feuilleton < feuille – vərəq, səhifə
Aktual mövzuda satirik tərzdə yazılmış kiçikhəcmli qəzet-jurnal janrı; nöqsanları konkret faktlar əsasında satirik dillə tənqid edən bədii-publisistik əsər.
Maraqlıdır ki, əsas məqsədi bir şeyi tənqid etmək olan F. termini müxtəlif lüğətlərdə fərqli izah edilir; məsələn, bu söz Merriam-Webster (ABŞ) lüğətində «Avropa qəzetləri və jurnallarının oxucunu əyləndirmək üçün yazılmış materiallar yerləşdirilən hissəsi», Oksford (İngiltərə) lüğətində «qəzetin, yaxud jurnalın belletristikaya, tənqidə, yüngül ədəbiyyata həsr olunmuş hissəsi», fransız lüğətlərində «serial, sabun operası», rus lüğətlərində isə Azərbaycanda olduğu kimi izah edilir. Səbəbini bilmək üçün terminin tarixini araşdırmaq lazımdır. O, 1800-cü ildə Fransada yaranıb. Journal des Debats nəşri qəzet səhifələrini uzadaraq artırılmış hissədə kitablar, teatr tamaşaları barədə tənqidi qeydlər, rebuslar, epiqramlar, məzəli əhvalatlar və s. əyləncəli materiallar yerləşdirməyə başlayıb. Fransızlar səhifənin həmin hissəsini F. adlandırıblar, sonradan bu termin transformasiyaya uğrayaraq həmişə eyni yerdə dərc olunan əyləncəli seriallara, «sabun operaları» yarandıqda isə onlara şamil edilib. Rusiyada XIX əsrin ortalarından başlayaraq F.-ların məhz sosial mahiyyəti, tənqidi «yükü» artıb. Azərbaycanda ilk F.-lar XX əsrin əvvəllərində yaradılıb və termin Rusiyadan gəldiyi üçün eyni anlamda işlədilib.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. femina – qadın
Cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi və individuallığın təbliğində medianın əvəzsiz roluna dair nəzəriyyə.
F.M.N. həm mediada qadınların təmsilçiliyində haqsızlıqların aradan qaldırılması, onların jurnalistikada rolunun artırılması, həm də həyatın bütün sahələrində gender davranışı baxımından media vasitəsilə formalaşdırılan stereotiplərin dağıdılması üsullarından bəhs edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. fake – saxta
Gerçək olmayan, lakin həqiqətə oxşayan saxta məlumat, imitasiya.
Fotoşopda və ya digər üsullarla saxtalaşdırılmış fotoşəkillər (fotofeyk), videoredaktorlarda montaj olunmuş yalançı videoçarxlar (videofeyk), uydurma xəbərlər, başqalarının adından sosial şəbəkələrdə yaradılmış səhifələr, tvitterdə saxta akkauntlar – bunlar hamısı ictimai rəyi çaşdırmaq, auditoriyanı yalana inandırmaq məqsədilə istifadə olunan F.-dir. Adi yalandan fərqli olaraq F.-i həqiqətdən ayırmaq çox vaxt çətin olur, çünki o, gerçəkliyi imitasiya edir; məsələn, birinin müharibədə dinc əhaliyə qarşı qəddarlığı barədə yalan məlumata sübut kimi tamam başqa yerdə, başqa vaxt çəkilmiş real fotoşəkillər yerləşdirilir. Buna görə də auditoriyaya F.-ləri gerçək xəbərlərdən ayırmağa kömək etmək üçün internetdə xüsusi saytlar yaradılır, monitorinqlər həyata keçirilir, hesabatlar dərc olunur. Oksford lüğətlərində terminin özünün XVIII əsrdə İngiltərədə yaradıldığı göstərilir. Digər ensiklopedik mənbələrdə onun ilk vaxtlar cinayətkar aləmdə slenq olaraq işlədildiyi, sonradan istifadə dairəsini genişləndirdiyi və nəhayət, beynəlxalq terminə çevrildiyi bildirilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. facebook < face – üz + book – kitab
Dünyada ən geniş sosial şəbəkə xidmətlərindən biri, nəhəng veb-sayt.
F. 2004-cü ildə yaradılıb və istifadəçilərinə internet üzərindən bir-biri ilə əlaqə qurmaq, şəbəkədə öz profillərini açmaq, yazışmaq, şəkil, video və informasiya yükləmək, fikir mübadiləsi aparmaq, qruplar təşkil etmək və bu kimi böyük imkanlar verir.
Jurnalistika terminləri lüğətilat. auditorium – dinləmək üçün yer
1. Qəzet, radio, televiziya materiallarına, jurnalistlərin çıxışlarında qaldırılan problemlərə davamlı reaksiya verən, münasibət bildirən tamaşaçı, dinləyici, oxucu kütləsi.
2. Saytın daimi istifadəçilərinin kəmiyyət göstəricisi.
Bu göstərici əsasında saytın populyarlığı müəyyənləşdirilir, sifarişçi veb-səhifədə reklam yerləşdirərkən ona xüsusi əhəmiyyət verir.
3. Televiziya proqramlarında, seminarlarda və s.-də təşkil edilən diskussiyalar zamanı fəallıq göstərən, müzakirələrə qoşulan iştirakçıların cəmi.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Yazıda, verilişdə, sənədli filmdə hadisə və ya proseslərin bir insanın taleyindən keçirilərək göstərilməsi.
2. Əslində, daha geniş mövzuya həsr olunmuş verilişin, yaxud məqalənin cəmiyyətdə yüksək nüfuza malik parlaq şəxsiyyət üzərində qurulması.
Materialın bu cür təqdimat üsulu hər hansı məsələ (ideya, proses və s.) barədə auditoriyada əvvəlcədən planlaşdırılmış münasibəti formalaşdırmaq məqsədi güdür.
3. Səciyyəvi əlamətlərinə görə fərqləndirmə, seçilmə, xüsusiləşdirmə.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiŞəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən informasiya.
F.M.-lar qanunların müəyyən etdiyi qaydada toplanılır, informasiya sistemlərində saxlanılır, mühafizə olunur, verilir, yaxud yayılır. Şəxsin irqi, milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına, əqidəsinə, səhhətinə və məhkumluğuna aid olan məlumatlar «xüsusi kateqoriyalı F.M.-lar» hesab olunur. Xüsusi kateqoriyalı F.M.-ların toplanmasına və yayılmasına müəyyən hallar istisna olmaqla (məsələn, həyat və sağlamlığın qorunması zərurəti) yol verilmir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiŞəxsin kimliyini müəyyənləşdirməyə imkan verən məlumatlardan yalnız özü üçün zəruri informasiyanın əldə olunması məqsədilə istifadə hüququna malik digər şəxs, dövlət və ya yerli özünüidarə orqanı.
Bu hüquq istifadəçilərə mülkiyyətçi tərəfindən müəyyən edilmiş qaydada və həcmdə verilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti