ing. gender < lat. genus – növ, cins + lat. diurnalis, diurnale – gündəlik xəbər
Sosial sistemdə qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar yaradılması kimi prosesləri işıqlandıran ixtisaslaşmış jurnalistika sahəsi.
Qadın hüquqlarının müdafiəsinə yönəlmiş siyasət və dövlət qurumlarının gender bərabərliyinə yanaşması, rəhbər vəzifələrdə qadınların təmsil olunması, qadınlar üçün iş imkanlarının genişləndirilməsi, qadınların işdə, məişətdə zorakılıq və təqibdən qorunması, qadın həmrəyliyinin stimullaşdırilması və s. məsələlər G.J.-nın əsas mövzularıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti