Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

təsisçinin statusu

Kütləvi informasiya vasitəsi təsisçisinin qanunla müəyyən­ləşdirilmiş hüquq və vəzifələrinin məc­mu­su.

Media orqanının təsisçisi redaksiya nizamnaməsini təsdiq edir, onunla mü­qa­vilə bağlayır, məhsulun istehsal və yayım istiqamətlərini müəyyənləşdirir, maliyyə, avadanlıq və texniki təchizat məsələlərini həll edir. Təsisçi kütləvi informasiya vasi­təsində çıxış etmək, bəyanat vermək, digər rəsmi məlumatlar yerləşdirmək hüququna malikdir. Həmin çıxış, bəyanat və məlu­matlara görə redaksiya məsuliyyət da­şımır. Nizamnamədə və redaksiya ilə bağlanmış müqavilədə göstərilən hallar istisna ol­maq­­la təsisçilər KİV-in istehsalına və ya­yımına müdaxilə edə bilməzlər.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

təsisçilər şurası

Əsasən, iri media şirkət­lərində həmtəsisçiləri birləşdirən və təş­ki­lati məsələlərlə əlaqədar həlledici qərarlar vermək səlahiyyətinə malik olan qurum.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti