Hər hansı layihənin həyata keçirilməsinə, kütləvi informasiya vasitəsi məhsulunun hazırlanmasına maliyyə ayırmadan ödənişsiz texniki dəstək göstərən fiziki, yaxud hüquqi şəxs.
Texniki dəstək telekommunikasiya, logistika, nəqliyyat sahəsində xidmətlərdən və s.-dən ibarət ola bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. techne – peşə, sənət, ustalıq + yun. logos – elm, təlim
1. Hər hansı fəaliyyət sahəsində tətbiq edilən metodların, istifadə olunan vasitələrin və vəsaitlərin məcmusu.
2. Hər hansı sahədə müsbət nəticə əldə olunmasını təmin edən fəaliyyət tərzi, biliklərin praktik məqsədlərlə, xüsusilə istehsalata tətbiqi üsulu.
T. termini ən müxtəlif sahələrdə istifadə edilən, mənası və buna uyğun olaraq izahı getdikcə genişlənən anlayışdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. tele – uzaq + fr. annonce – kütləvi məlumat, elan
Axın müddətdə ekranda nümayiş etdiriləcək verilişlər, habelə tezliklə ictimai həyatda baş verəcək hadisələr (premyeralar, açılışlar, təqdimatlar və s.) barədə məlumat verən elan xarakterli vizual material.
Jurnalistika terminləri lüğətiŞəxslərin icazəsi olmadan onların telefon danışıqlarının dərc etdirilməsini, başqa üsullarla ictimailəşdirilməsini qadağan edən prinsip, yayılması məhdudlaşdırılan informasiya.
T.D.S. şəxsi həyatın toxunulmazlığı hüququnun tərkib hissəsidir və Azərbaycan qanunvericiliyinə görə, konfidensial informasiya rejimində qorunur. Bu sirrin qanunda nəzərdə tutulan hallardan kənar açıqlanması cinayət məsuliyyəti yaradır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiAvtoritar rejimlərdə media qurumunun fəaliyyətinin etik kodekslər və qanunlar əsasında deyil, amiranə tərzdə, inzibati təsir vasitələri ilə tənzimlənməsi üsulu; mediaya qanunsuz tapşırıqların şifahi şəkildə verilməsi formalarından biri.
Bu ifadədə «telefon» anlayışının bir rabitə vasitəsi olaraq öz ilkin mənasının itdiyi aydın görünür. T.H. cəmiyyətdə korrupsiya və qanunsuzluğun geniş yayıldığı mərhələdə xüsusi idarəçilik formasına, yalnız mediaya deyil, bir çox sahələrə (məsələn, məhkəməyə) inzibati təzyiq mexanizminə çevrilir, yazılı qanunlardan, hətta konstitusiyadan yüksəkdə dayanır.
Jurnalistika terminləri lüğəti