lat. medium – ara, vasitəçi + ing. killer – qatil
Hər hansı şəxs, yaxud təşkilat barədə ifşaedici məlumatlar toplayıb yaymaqla onun rəqibi tərəfindən sıradan çıxarılmasına yardım edən jurnalist.
M. termini jurnalistikada 1990-cı illərdə «killer» anlayışı ilə analogiya əsasında yaradılıb. Bu termin, əsasən, siyasi sifariş və ya pul mükafatı müqabilində peşə etikası prinsiplərini kobud surətdə pozaraq başqaları haqqında kompromat yayan muzdlu televiziya aparıcılarına aid edilir.
Jurnalistika terminləri lüğəti