ing. troll – balıq tutmaq üçün qarmağa bağlanan süni tələ
İnternetdə qalmaqal yaratmaq məqsədilə yayılan təxribat xarakterli yazılar, habelə belə yazıların çox zaman kimliyini bildirməyən müəllifləri.
T.-lar sosial şəbəkələrdə, forumlarda, konfranslarda, çatlarda, əsasən, saxta adlar altında, yaxud anonim fəaliyyət göstərir, bəzən beynəlxalq münasibətlərə zərbə vura biləcək qədər ciddi fəsadlar törədirlər. Terminin mənşəyi və «internet təxribatçısı» anlamında ilk dəfə nə vaxt işlədildiyi barədə müxtəlif fərziyyələr mövcuddur. Skandinaviya mifologiyasında T.-lar dağlarda, meşələrdə yaşayan nəhəng və qəddar varlıqlardır. İngilis dilində isə balıq tutmaq üçün qarmağa bağlanan süni tələyə T. deyilir. Oksford lüğətlərində terminin internet slenqində 1992-ci ildə yarandığı qeyd olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiİnternet şəbəkələrində yalan, böhtan, qızışdırıcı və təhrikedici informasiyalar yaymaqla həyata keçirilən sosial təxribat forması.
T. yalnız fərdi istifadəçilərin pis niyyətlərinin nəticəsi deyil, ondan «informasiya müharibələri»ndə, çirkin PR-kampaniyalarda, kommersiya rəqabətində, siyasi texnologiyalarda da kifayət qədər geniş istifadə olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiAuditoriyanın etibarını qazandıqdan sonra ondan sui-istifdə etməkdən ibarət olan şüuraltı təsir forması, mediatexnologiyaların bir növü.
Bu metoddan ideoloji, yaxud gəlir əldə etmək məqsədləri ilə, habelə informasiya qarşıdurmalarında istifadə olunur. Termin Troya müharibəsinin final mərhələsində axeylərin düşmənləri aldatmaq üçün tətbiq etdikləri fənd əsasında yaradılıb. Həmin əhvalat yunan mifologiyasında və Homerin «Odisseya» əsərində ətraflı təsvir olunub.
Jurnalistika terminləri lüğətiing. twitter – quş civiltisi, cikkildəmək
İnternetdə istifadəçilərə öz fikirləri ilə bölüşməyə, informasiya mübadiləsi aparmağa imkan verən populyar sosial şəbəkələrdən biri.
2006-cı ildə ABŞ-da Odeo şirkətində daxili istifadə üçün yaradılmış T. qısa müddətdə bütün dünyada məşhurlaşıb. T. vasitəsilə insanlar dərhal əlaqə yaradır, «internet SMS», «mikrobloqqinq» kimi xidmətlərdən istifadə edirlər.
Jurnalistika terminləri lüğəti