ing. talk show < talk – söhbət + show – tamaşa, görünüş
Televiziya və radioda müxtəlif problemlərə həsr olunmuş ictimai müzakirə proqramı.
T-Ş. geniş yayılmış proqram formatıdır. Bu formatda verilişdə aparıcının təklif etdiyi mövzuda studiyaya dəvət olunmuş bir və ya bir neçə mütəxəssislə diskussiya aparılır, əksər hallarda zalda əyləşmiş iştirakçılara da sual vermək, rəy bildirmək üçün imkan yaradılır.
Jurnalistika terminləri lüğətilat. tolerantia – dözüm
Fərqli fikirlərə, adət-ənənələrə, inanclara, həyat tərzinə, rəylərə dözümlü münasibət.
T. jurnalistin ən müxtəlif informasiya mənbələri ilə sayğılı münasibəti, bütün şəraitlərdə obyektivliyini qoruyub saxlaması, qərəzə və tərəfkeşliyə yol verməməsi üçün lazım olan mühüm keyfiyyət, fikir müxtəlifliyinin və plüralizmin təmin olunmasının əsas şərtidir.
Jurnalistika terminləri lüğətiyun. tonos – gərginlik, vurğu
1. Yazının və ya şifahi nitqin ümumi ahəngi, üslubu.
2. Oxu və ya danışıq zamanı səs tellərinin rəqsetmə tezliyi ilə müəyyənləşən səs keyfiyyəti, səsin yüksəkliyi və emosional çaları.
3. Televiziya və kino təsvirində yumşaq rəng keçidlərini təmin edən keyfiyyət, çalar.
Bu keyfiyyət ekran əsərinin koloritini yaradan amillərdən biridir.
4. Davranış tərzi; məs.: onunla bu tonda davranmaq yaxşı deyil.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiit. traforetto – dəlmə-deşik edilmiş
1. Orijinal olmayan, şablon ifadə, forma, davranış tərzi.
2. Təsviri, mətni hər hansı səthə köçürmək üçün istifadə olunan qəlib.
3. Yalnız konkret hissələri rəng buraxan formalardan istifadə etməklə həyata keçirilən çap üsulu.
Jurnalistika terminləri lüğətilat. translatio – ötürmək, yaymaq
1. Səsin, musiqinin, görüntünün radiodalğalar və elektrik siqnalları vasitəsilə uzaq məsafəyə ötürülməsi.
2. Studiyadan kənarda keçirilən hər hansı kütləvi tədbirin televiziya, radio, internetlə canlı yayımlanması.
3. Rabitə kanalının aralıq məntəqələrində naqillə yayılan elektrik siqnallarının və ya radiosiqnalların qəbulu və yenidən başqa qəbuledicilərə ötürülməsi.
Jurnalistika terminləri lüğətiİnsanların psixikasında mənfi iz buraxan, qorxu və narahatlıq hissini gücləndirən, zorakılığa, qəddarlığa və s.-yə meyil yaradan media materialları.
Qərb alimlərinin fikrincə, əyləncəli verilişlərin və serialların bir qismi T.M. səciyyəlidir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. tracking – izləmək, müşayiət etmək
1. Mətnin işarələnmiş hissəsində simvollar arasında məsafənin proporsional sıxılması və ya genişləndirilməsi.
Bu həmin hissənin, yaxud bütövlükdə mətnin həcminin dəyişdirilməsinə xidmət edir.
2. Hərəkət edən obyektin zamandan asılı olaraq kadrda yerinin müəyyənləşdirilməsi prosesi.
T. alqoritmi kadrları ardıcıl olaraq təhlil edir, hərəkətin parametrlərini tapır, onları kadr tezliyi ilə tutuşdurur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. training < train – öyrətmək, tərbiyə etmək
Müəyyən sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan qısamüddətli təlim.
Jurnalistika sürətlə inkişaf edən və yeniləşən fəaliyyət sahəsi olduğundan media işçiləri üçün T.-lər tez-tez keçirilir: onlar faktik olaraq ixtisasartırma kurslarını əvəzləyir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti