lat. connotatio < connoto –əlavə məna daşıyıram
Sözün, ifadənin ekspressiv çaları; dil vahidinin kontekstdən asılı olaraq daşıdığı qiymətləndirici funksiya, əlavə məna.
K. danışanın, yaxud yazı müəllifinin təsvir etdiyi fakta, obyektə münasibətini əks etdirir, eyni sözün tamaşaçı, dinləyici, yaxud oxucu tərəfindən müxtəlif tonallıqda qavranılmasına şərait yaradır; məsələn, «inadkarlıq» bir halda müsbət mənada – əzmkarlıq, digər halda mənfi tonallıqda – tərslik kimi başa düşülür.
Jurnalistika terminləri lüğəti