Vahid nüsxənin çoxaldılmaq üçün maddi daşıyıcılar üzərinə köçürülməsi üsulu.
Vahid nüsxə metal forma, yaxud elektron informasiya şəklində ola bilər. Yüksək çap, dərin çap, ofset çapı, fotoqrafiya, trafaret çapı, rəqəmsal çap və bu kimi onlarca Ç.Ü. var. Bu üsullar istifadə olunan texnologiyalara, çapın sürətinə, mürəkkəbliyinə, keyfiyyətinə, xarici mühitin təsirinə davamlılığına, maddi daşıyıcı üzərində qoyduqları izlərə görə bir-birindən fərqlənir.
Jurnalistika terminləri lüğəti