lat. originalis – ilkin
1. Hər hansı əsərin ilkin nüsxəsi, əsli.
2. Özünəməxsus, başqalarına oxşamayan, yaxud başqalarını təqlid etməyən.
3. Yeni və müstəqil yaradıcılıq məhsulu olan, yeni düşüncə və yanaşma tərzinə malik.
Yaradıcılıq, o cümlədən jurnalistika sahəsi ilə əlaqəli hər üç izahdan görünür ki, O.-lığın əsas xüsusiyyətləri ilkinlik, əsillik, özünəməxsusluq və yenilikdir. Müxtəlif dillərdə bu xüsusiyyətlərdən biri digərinə nisbətən qabardılır; məsələn, Oksford (İngiltərə) və Merriam-Webster (ABŞ) lüğətlərində «ilkinlik», «Böyük ensiklopediya lüğəti»ndə (Rusiya) «əsillik», Türk Dil Qurumunun izahında «özünəməxsusluq» önə çıxarılır. Azərbaycanın Müəllif Hüquqları Agentliyinin verdiyi izaha görə isə «müəlliflik hüququnda «yeni» və «orijinal» sinonimlərdir, əks halda plagiat yaranır… orijinal = təkrar edilə bilməz = unikal». Belə fərqlər bir sıra hallarda anlaşılmazlığa, müəlliflik hüquqlarına dair qanunvericilikdə, məhkəmə proseslərində mübahisələrə səbəb olur. XX əsrin əvvəllərindən etibarən Avropa məhkəmələrində yayılmış təcrübəyə görə, əsərin O. olub-olmadığı müəyyənləşdirilərkən hər şeydən əvvəl onun ilkinliyi, yeniliyi deyil, müəllifin həmin əsərin yaradılmasına sərf etdiyi əməyin və bacarığın dərəcəsi qiymətləndirilir. Belə işlərdən birində («Volter Leynə qarşı») İngiltərə məhkəməsi qərar qəbul edib ki, hətta ictimai xadimin şifahi çıxışı əsasında reportyorun hazırladığı hesabat da O. əsərdir, çünki eşitdiklərini ətraflı, sürətlə və səhvsiz qələmə almaq üçün jurnalistə böyük səy göstərmək, bacarıq və peşəkarlıq gərəkdir.
Jurnalistika terminləri lüğətilat. originalis – ilkin + fr. maquette, ital. maccietta – eskiz, model
Çapa hazırlanmış məhsulun bütün səhifələri gələcək nəşrin səhifələri ilə detallarına qədər üst-üstə düşən orijinal nüsxəsi.
O-M. nəşrin (qəzetin, jurnalın, kitabın və s.) çapa tam hazır son variantıdır, imzalandıqdan və ya təsdiq olunduqdan sonra o, mətbəəyə göndərilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. planum – müstəvi
1. Televiziya və kino kadrında, fotoşəkildə izləyiciyə hər hansı səhnəni ümumi fondan fərqləndirmək imkanı verən şərti məkan bölgüsü.
O.P.-dan təsvir edilən hadisələrin ayrı-ayrı səhnələrini, məsələn, dialoqları, konkret hərəkətləri diqqətə çatdırmaq üçün istifadə olunur.
2. Ekranda bir və ya bir qrup şəxsin bütöv, yaxud dizdən yuxarı təsviri, kadrda planın miqyası.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti