İnformasiya prosesləri ilə əlaqədar dövlətin dərk edilmiş, hakimiyyət tərəfindən təsdiqlənən maraqları.
Azərbaycan qanunvericiliyində ölkənin informasiya sahəsində əsas milli maraqları belə müəyyənləşdirilir: məlumatların qanuni yolla əldə edilməsi, ötürülməsi, hazırlanması və yayılması kimi konstitusion hüquqların təmin olunması; informasiya ehtiyatlarının qorunması və inkişafı; informasiya məkanının formalaşdırılması və müdafiəsi; dünya rabitə və informasiya sisteminə daxilolma.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiİnformasiya əldə etmək hüququnu təmin etmək vəzifəsi daşıyan dövlət orqanları və bələdiyyələr, ictimai funksiyalar yerinə yetirən idarə və təşkilatlar, həmçinin normativ aktlar, yaxud müqavilələr əsasında təhsil, səhiyyə, mədəniyyət, sosial sahələrdə xidmət göstərən özəl qurumlar və fiziki şəxslər.
Qanunvericilikdə əmtəə bazarında hökmran mövqe tutan, xüsusi səlahiyyətlərə, yaxud təbii inhisara malik olan kommersiya təşkilatları da malların və xidmətlərin təklif edilməsi şərtlərinə, onların qiymətlərinə aid məlumatlar üzrə İ.S.-nə bərabər tutulur. Eyni qayda dövlət büdcəsindən verilmiş vəsaitdən və ya dövlətdən ayrılmış əmlakdan istifadəyə aid məlumatlar üzrə bütün qeyri-hökumət təşkilatlarına, büdcədənkənar fondlara, habelə dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya qurumlarına şamil olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiSənədləşdirilmiş informasiyaların, habelə informasiya texnologiyalarının təşkilati və texniki qaydada, o cümlədən hesablama texnikasından istifadə edilməklə nizamlanmış məcmusu.
İ.S.-ləri və ayrılıqda informasiya texnologiyaları onların hazırlanmasını və istismarını təmin edən proqram, texniki, linqvistik, hüquqi, təşkilati vasitələrlə yaradılır. Belə sistemlərə, texnologiyalara və təminat vasitələrinə sahiblik hüququ onların müəlliflərinə məxsusdur və müvafiq qanunlara uyğun şəkildə sertifikatlaşdırılaraq qorunur.
Jurnalistika terminləri lüğətiİnformasiya sahibinin, infrastrukturunun, istifadəçilərinin onlara ziyan vura biləcək təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən qorunması.
İ.T.-nin üç mühüm aspekti var: əlyetərlik (qısa vaxt ərzində tələb olunan informasiya resursunu və xidmətini əldə etmək imkanı); tamlıq (informasiyanın əvvəlcədən müəyyən edilmiş forma və keyfiyyətini saxlaması); konfidensiallıq (informasiyanın icazəsiz girişlərdən müdafiəsi). İ.T.-nin beynəlxalq və milli standartları mövcuddur, onun qorunması qanunlar, müvafiq dövlət orqanları və informasiya sahibləri tərəfindən təmin edilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiİnformasiya və kommunikasiya proseslərinin icrasına xidmət edən, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə olunan bütün üsul, metod və vasitələrin cəmi.
İnformasiya texnologiyaları – məlumatların axtarılması, toplanması, emalı, saxlanması, təqdim edilməsi, yayılması üsulları və vasitələridir. Kommunikasiya texnologiyaları – informasiyanın ötürülməsi və mübadiləsi üsulları və vasitələridir. İ.K.T. termini çox vaxt qısa olaraq İKT şəklində ifadə olunur.
Jurnalistika terminləri lüğətiDövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya tələbatlarının, habelə bu sahədəki hüquqlarının təmin edilməsinə yönəldilmiş fəaliyyət.
İ. – informasiya ehtiyatlarının formalaşdırılması, təqdim edilməsi, fərdi, yaxud ümumi qaydada istifadə olunması məqsədilə həyata keçirilən təşkilati, sosial-iqtisadi və elmi-texniki proseslərin, tədbirlərin məcmusudur.
Jurnalistika terminləri lüğəti1. Məlumatın sorğu verilmədən kütləvi informasiya vasitələrində yayılması, digər nəşrlərdə, internet resurslarında yerləşdirilməsi, brifinqlərdə, mətbuat konfranslarında, rəsmi və ya kütləvi tədbirlərdə elan edilməsi.
2. Məlumatın yazılı və ya şifahi sorğu əsasında kütləvi surətdə yayılmaq üçün təqdim olunması.
Jurnalistika terminləri lüğəti1. İnformasiyanın yaratdığı obrazın təsvir edilən obyektin, prosesin real vəziyyətinə uyğunluğu.
Hər hansı məlumat əsasında qəbul edilən qərar həmin İ.A.-ndan asılıdır.
2. Obyekt haqqında informasiyanın bu obyektdən istifadənin məqsəd və vəzifələrinə uyğunluğu.
Əgər obyekt haqqında informasiya bu obyektdən istifadənin məqsəd və vəzifələrinə uyğun deyilsə, istifadəçini çaşdıra bilər. Belə hallara düzgün tərtib olunmamış reklam müraciətləri ilə əlaqədar tez-tez rast gəlinir.
Jurnalistika terminləri lüğətiMövcud informasiya massivində əvvəlcədən müəyyənləşdirilmiş tələblərə uyğun gələn məlumatların, onların saxlandığı yerin aşkar edilməsi.
İ.A. informasiyanın toplanması məqsədilə həyata keçirilir. Yazılı arxivlərdə axtarış aparmaq üçün kataloqlardan, internet-arxivlərdə axtarış etmək üçün xüsusi proqramlardan və sistemlərdən istifadə olunur.
Həmçinin bax: