Qeyri-hökumət təşkilatının qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona maliyyə vəsaiti şəklində və ya başqa maddi formada verilən yardım.
İ. medianın da maliyyə mənbələrindən biridir. Xüsusi sosial layihələr həyata keçirən, o cümlədən imkansız şəxslərin müalicəsinə yardım göstərməyə çalışan, habelə iqtisadi çətinliklərlə üzləşmiş media orqanları bəzən İ. toplamaq üçün kampaniyalar keçirir.
Jurnalistika terminləri lüğətiİcmaların təsis etdiyi, habelə hədəf auditoriyası icmalar olan kütləvi informasiya vasitələri.
Azərbaycanlıların xaricdə yaratdıqları qəzetlər, radiostudiyalar, Azərbaycanda milli azlıqlar üçün buraxılan dövri nəşrlər İ.M.-na misal ola bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiİcmaların maraqlarına xidmət edən, onların həyatını işıqlandıran qeyri-kommersiya xarakterli müstəqil teleradio təşkilatlarının fəaliyyət sahəsi, habelə verilişlərinin məcmusu.
İ.Y. Avropada, Şimali Amerikada, Avstraliyada, bir sıra Asiya ölkələrində geniş yayılıb. Təkcə 1983-cü ildə yaradılmış İcma Radio Yayımçılarının Ümumdünya Assosiasiyasının 3000-dən çox təsisçisi var.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMüəyyən keyfiyyətlərinə görə eyni, yaxud oxşar hadisələrin, faktların ümumiləşdirilmiş təqdimatı, toplu halında təhlili; jurnalistikanın janrlarından biri.
İ. günün (həftənin, ayın, ilin) yekununa həsr edilə, habelə ictimai-siyasi, hərbi, iqtisadi, mədəni, idman və s. sahələrdə baş vermiş hadisələrin xülasəsinə həsr oluna bilər. Jurnalistin bu hadisələrə baxışı, şərhləri də İ.-da öz əksini tapır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMüəyyən məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş fiziki və (və ya) hüquqi şəxslərin təsis etdikləri qeyri-kommersiya, qeyri-hökumət təşkilatı.
İ.B. könüllülük, özünüidarəetmə prinsipləri əsasında yaradılır, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmur. Jurnalistika sahəsində İ.B.-lər medianın inkişafına, söz və mətbuat azadlığının qorunmasına, professionallığın və peşə həmrəyliyinin yüksəldilməsinə xidmət göstərir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiCəmiyyətin inkişafının konkret mərhələsində toplumda əksəriyyətin bu və ya başqa formada bölüşdüyü əxlaq norması, düşüncə, inanc.
Sosial-fəlsəfi yanaşmaya görə, dünyada hamının və hər zaman qəbul etdiyi qlobal dəyərlər haqqında danışmaq çətin olsa da, cəmiyyətdə əksəriyyətin bölüşdüyü dəyərlər mövcuddur; məsələn, azad media demokratik cəmiyyət üçün İ.D.-dir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiHüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması üçün təşkil olunmuş yığıncaq.
Belə yığıncaq və tədbirlərdə dövlət, habelə yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən KİV-in nümayəndələri, ayrı-ayrı vətəndaşlar, mütəxəssis və ekspertlər iştirak edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Cəmiyyət üçün müəyyən dəyər daşıma; ictimai məzmuna, mahiyyət və mənaya malik olma.
Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına görə, material İ.Ə. kateqoriyasına üç halda aid edilir: sağlamlıq və təhlükəsizliyin qorunması ilə əlaqədardırsa; ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiəsi üçün zəruridirsə və ictimaiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsinin qarşısını alırsa. İ.Ə.-li informasiyanın əldə edilməsi üçün digər imkanlar mövcud olmadıqda xüsusi avadanlıqlardan istifadə mümkün sayılır.
2. Hər hansı hadisənin gərginliyini yaşayan insanların həmin hadisəyə, yaxud fakta ümumi dəyərlər baxımından verdikləri əhəmiyyət, qiymət.
Etnik, dini ayrı-seçkiliyə məruz qalmış adam bu faktı aid olduğu sosial qrupun ortaq dəyərlərindən çıxış edərək qavrayır və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiƏsas məqsədi dövlət orqanları və ictimai funksiyalar yerinə yetirən təşkilatların qərarlarının siyasi, iqtisadi və sosial həyat üçün əhəmiyyəti, gözlənilən nəticələri barədə cəmiyyəti məlumatlandırmaqdan, qarşılıqlı ünsiyyət yaratmaqdan ibarət fəaliyyət növü.
İ.Ə. bir tərəfdən dövlət və qeyri-hökumət strukturları, kommersiya təşkilatları, digər tərəfdən isə cəmiyyət arasında münasibətlərin tənzimlənməsinə xidmət edir. Mahiyyətcə eyni olan İ.Ə. və «pablik rileyşnz» terminləri Azərbaycan dilində praktik istifadədə fərqli məna çalarlarına malikdir. «Pablik rileyşnz» («piar») daha çox birtərəfli təsir forması, İ.Ə. isə dialoq kimi başa düşülür. Məhz buna görə, məsələn, «qara piar» anlayışı mövcuddur, «qara İ.Ə.» isə deyilmir.
Jurnalistika terminləri lüğəti